Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Gədəbəydə icra başçısına söykənən özbaşınalıq - Və icra başçısına güvənən özbaşına məmurlar...
Tarix: 4-11-2014, 12:58 | Çap et
Gədəbəydə icra başçısına söykənən özbaşınalıq
Gədəbəy rayonunda səhiyyə və təhsil sahələrinin xüsusilə bərbad durumda olmalarına dair kifayət qədər materiallar dərc etmişdik. Ən azından bizə belə gəlirdi ki, dərc olunan materiallar bu sahələrin əsaslı şəkildə yoxlanması və gərəkən tədbirlərin görülməsi üçün kifayət etməlidir. Lakin yeni aldığımız şikayət məktublarında sakinlər hər iki sahənin getdikcə daha biabırçı, dözülməz bir duruma düşdüyünü bildirirlər. Məlumatlarda vurğulanır ki, rayonun icra başçısı Ramiz Yediyarov bütün ölkədə prioritet sahələr kimi dövlətin xüsusi diqqət və qayğı ilə əhatə etdiyi təhsil və səhiyyə sistemlərini iflic vəziyyətə gətirməklə, əslində Gədəbəy sakinlərinin qəsdinə durub. Rayonun digər sahələrində mövcud olan neqativ hallar səhiyyə sistemindən də yan keçməyib. Çünki Rayon Səhiyyə Şöbəsinin müdiri Ramiz Pirverdiyev Gədəbəy səhiyyəsini birbaşa Ramiz Yediyarovun göstərişləri əsasında idarə etməkdədir. Bu qaydalar isə yalnız bir məqsədə, mümkün qədər çox pul toplanmasına xidmət edir. Məhz bu səbəbdən rayon əhalisi əksər hallarda profilaktik müalicə üçün Gəncədə fəaliyyət göstərən pullu səhiyyə ocaqlarına üz tutur. Rayonda yaşayan əlillər də onlara pulsuz verilməli olan dərmanları çox zaman əldə edə bilmirlər.


Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında da anoloji vəziyyət, daha doğrusu, qanunsuzluqlar hökm sürür. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, Zərifə xanım Əliyeva adına Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında olan özbaşınalıqlar vətəndaşları boğaza yığıb. Vurğulanır ki, məhz Ramiz Yediyarovun tələbi ilə RMX-nın baş həkimi bütün personala xəstələrdən məcburi qaydada rüşvət yığılmasını tapşırıb. İmkanı olmayan xəstələr isə baxımsızlıqdan əziyyət çəkirlər. Rayon Mərkəzi Xəstəxanasında müalicə olunan xəstələrə dövlət büdcəsindən ayrılan dərman preparatları və qida məhsulları verilmir. Xəstələrdən özləri üçün evdən yemək gətirmələri və xəstəxananın yaxınlığında olan aptekdən dərman almaları tələb olunur. Bütün bunlar azmış kimi, bir müddət bundan əvvəl RMX-nın əsas girişi də bağlanaraq, xəstəxananın aşağı tərəfindən başqa giriş açılmışdır. Binanın ətrafına dolanaraq xeyli yol getmək məcburiyyətində qalan xəstələrin şikayətinə isə əlbəttə ki, heç kəs qulaq vermir. Bu vəziyyətin yaranmasına isə səbəb Zərifə xanım Əliyevanın adını daşıyan xəstəxananın girişi önündə “Nur” yeməkxanasının açılması olub. Bu növbəti qanun pozuntusu da icra başçısının “ali göstərişi” əsasında baş verib. Rayon sakinlərinin ümumi rəyinə görə Gədəbəy rayon Mərkəzi Xəstəxanası bu gün baş həkim Ramiz Pirverdiyevin super marketinə çevrilib. Ramiz Pirverdiyev o qədər maddi imkana sahib olub ki, hətta Səhiyyə Nazirliyindən göndərilən məktublara belə cavab verməyi özünə borc bilmir. Məsələn, sağalmaz milom xəstəliyinə tutulmuş Ocaqverdiyev İlqar Cəfər oğlu dərman preparatlarının olduqca baha olması ilə ələqədar ona maddi köməklik edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edib. Bu barədə nazirlik tərəfindən Gədəbəy rayon Mərkəzi Xəstəxanasına göstəriş verilməsinə baxmayaraq bu günə qədər həmin xəstə bu dərmanları ala bilmir. Düz altı aydır ki, həmin xəstəyə heç bir köməklik göstərilmir. Rayon əhalisinin əksəriyyəti bilir ki, Gədəbəy rayon xəstəxanasına gələn pulsuz dərman preparatları Ramiz Pirverdiyev tərəgindən satılır. Pulunu da öz cibinə qoyur. Bunun nəticəsidir ki, bu qədər dərman preparatları yeyintisi olan rayonda ziyalı övladı olan İlqar Ocaqverdiyevə yardım etmək müşkül məsələyə çevrilib.


Gədəbəyin əksər kəndlərində yerləşən tibb məntəqələrinin fəaliyyət göstərməməsi üzündən əhaliyə ilkin tibbi yardım göstərmək olmur. Tibb məntəqələrinin bağlı olmasının səbəbi isə həmin binaların yararsız vəziyyətdə olması və tibbi avadanlıqların qıtlığıdır. Maraqlıdır, görəsən, rayonun səhiyyə sahəsinə ayrılan vəsait hansı istiqamətə xərclənir? Əlbəttə ki, bu suala Ramiz Pirverdiyev və digər rəhbər şəxslər cavab verməlidirlər. Bəlkə o zaman Gədəbəyin səhiyyə və təhsil obyektlərinin ərzaq təminatı həvalə olunmuş 6 MMC-nin də əsil sahiblərinin kimliyinə aydınlıq gətirilər. Əslində bu şəxslərin kimliyi hamıya məlumdur. Ərzaq təminatından başqa səhiyyə müəssisələrinə dərman preaparatları və tibbi avadanlıq, orta məktəblərə isə partalar, yazı lövhələri və digər ləvazimatlar “alan” bu ilğım-müəssisələr əslində yalnız kağız üzərində mövcuddurlar. Bununla belə rayon rəhbərliyi davamlı olaraq məhz bu “altılığın” xidmətlərindən istifadə etməyə üstünlük verir. Məhz bu müəssisələrin vasitəsilə bir xəstəyə ayrılan gündəlik 5 manat ərzaq pulu və xəstələrə pulsuz verilməsi nəzərdə tutulmuş dərmanların alınması üçün rüblük ayrılan 80 min manat vəsait Ramiz Yediyarov tərəfindən mənimsənilir.Gəbədəyin ən ağrılı problemlərindən birinin də təhsillə bağlı olduğunu deyən şikayətçilər bildirirlər ki, son illər adıçəkilən rayon ali məktəblərə qəbul faizinə görə ölkədə sonuncu yerlərdən birini tutur: "Təhsilin səviyyəsinin bu dərəcədə aşağı düşməsində isə icra başçısı Ramiz Yediyarovla birgə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevin də misilsiz "xidmətləri" var. İcra başçısı təhsilə ayrılan vəsaitə sahib çıxmaq üçün təhsil şöbəsinin müdirilə iş birliyinə girib və onların fəaliyyətləri nəticəsində gədəbəyli gənclər normal təhsil almaqdan məhrum olublar. Baxış Nağıyev icra başçısının bütün tapşırıqlarına can-başla əməl etdiyindən Ramiz Yediyarov ona bütün lazımi şəraiti yaradıb. İş o yerə çatıb ki, icra başçısı rayonun dövlət qurumlarında uzun müddət çalışan ixtisaslı kadrları əsassız yerə vəzifəsindən azad edib yerinə yaxın adamlarını yerləşdirir. Əvvəlki icra başçıları əhalini diqqətdə saxlayır, onlara müəyyən yardımlar edirdilər. Lakin Ramiz Yediyarov rayona icra başçısı təyin ediləndən sonra yalnız insanların hüquqlarını pozmaqla məşğuldur". Sakinlər tərəfindən təqdim olunan açıqlamalarda bu da bildirilir ki, hazırda Gədəbəy rayonunun kənd orta məktəblərində dərs davamiyyəti həddindən artıq aşağı səviyyədədir. İş o həddə çatıb ki, yuxarı siniflərin şagirdlərindən bəziləri illərlə məktəb üzü görmədikləri halda, adları sinif jurnallarında əksini tapır. Yekunda isə valideynlər bəzi yollarla övladlarına attestat almağa nail olurlar. Yəni, dərsə getməsə də, uşaqların məktəbi bitirmələri haqqında sənəd almaq elə də çətin məsələ deyil. Təəssüflər olsun ki, Gədəbəy rayonunda problem təkcə bununla bitmir. Belə ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların gündəlik sayı ilə jurnalda adları qeyd olunanlar arasında böyük fərq var. Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, bütün bunlara baxmayaraq, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevə “gözün üstə qaşın var” deyən yoxdur. Çünki onu himayə edən şəxs birbaşa Ramiz Yediyarovdur. Buna görə də heç kim Baxış Nağıyevin işinə müdaxilə etmir, onun yol verdiyi bir sıra ciddi nöqsanlara göz yumurlar. Bununla yanaşı, mənbə iddia edir ki, Baxış Nağıyevi nə təhsilin, nə də təhsil alan şagirdlər üçün nəzərdə tutulan məktəb binalarının durumu maraqlandırır. Elə buna görə də bu gün rayonun kənd məktəbləri uçma təhlükəsilə üz-üzə qalıb: “Gədəbəydə tez-tez güclü küləklər olur. Və günlərin birində kənd məktəblərindən birinin şagirdlərin başına uçacağı təhlükəsi hər gün mövcuddur. Buna çarə tapmaq əvəzinə Baxış Nağıyev məktəblərin təmirinə ayrılan vəsaitin təyinatdankənar xərclənməsinə şərait yaradır.” Baxış Nağıyevin vəzifəsindən gəlir mənbəyi kimi istifadə etdiyini deyən mənbənin sözlərinə görə, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri icra başçısının mühafizəsi və himayəsi altında olduğundan rayonda ürəyi istədiyi kimi hərəkət edir. Bundan başqa, Baxış Nağıyevin məktəblərə yersiz direktor təyinatları ucbatından rayonda gələcək üçün savadlı kadrların yetişməsinin qarşısına sədd çəkilir. Buradan da belə qənaətə gəlmək olar ki, Gədəbəy təhsilinin bərbad hala düşməsinə səbəb Baxış Nağıyevin əməlləridir. Mənbənin bildirdiyinə görə, vaxtilə öz ziyalıları və alimlərilə fərqlənən rayon bu gün təhsil səviyyəsinə görə ölkə üzrə ən geridə qalmış rayonlardan biridir.Ən acınacaqlısı isə budur ki, bu gün icra başçısının və digər məmurların ədalətsiz münasibətindən bezən insanların bir hissəsi isə Gədəbəyi tərk etmək məcburiyyətində qalıblar. Təxminən, 100 min nəfərə yaxın əhalisi olan və Ermənistanla üzbəüz mövqedə yerləşən rayonda əhalinin sosial vəziyyəti getdikcə pisləşir. Bütün bunları nəzərə alaraq, öz növbəmizdə biz də rayon sakinlərinin çoxsaylı müraciətlərinə qoşularaq ölkənin Təhsil Nazirliyindən, Səhiyyə Nazirliyindən, bu günlərdə rayonda yoxlama aparan Maliyyə Nazirliyindən və digər əlaqədar qurumlardan Gədəbəydə bu gün gedən prosesləri dərindən araşdırmağı və getdikcə dərinləşən tənəzzülün qarşısını almağı artıq dərəcədə xahiş edirik.
\\ Bizimdovr.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru