Maliyyə nazirinin müavini Gədəbəydə maxinasiyalara necə şərait yaradır... - Samir Şərifovun sözü keçərli deyilmiş
Tarix: 25-12-2014, 11:52 | Çap et
Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonunda vəziyyət gündən-günə pisləşir. Yerli məmurların vətəndaşlara qarşı etdiyi haqsızlıqlar, onlara yuxarıdan aşağı baxması və dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitlərin bir hissəsinin ayrı-ayrı vəzifəli şəxslər tərəfindən mənimsənilməsi halları rayonu problemlər məngənəsinə salıb.
Yerli sakinlər müxtəlif instansiyalara ünvanladıqları müraciətlərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və onun komandasında təmsil olunan bəzi şəxslərin rayonu bərbad vəziyyətə salmasını vurğulayıblar. Vətəndaşların bildirdiyinə əsasən, icra başçısı ancaq öz maraqlarının təmin olunması barədə düşünür, bu istiqamətdə ən müxtəlif üsullara əl atmaqdan belə çəkinmir. Elə bu səbəbdən Gədəbəydə məmur özbaşınalığı hər keçən gün bir az da artır və ən ağır formada təzahür edir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bildirilir ki, rayonu acınacaqlı hala salan məmurlardan biri də Maliyyə Nazirliyinin Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov və onun yaxın qohumlarıdır: "Namiq Məmmədov öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərmir. O vəzifəsinə laqeyd yanaşır, həmçinin nazir Samir Şərifovun ona tapşırdığı işləri istənilən səviyyədə həyata keçirmir. Çünki Namiq müəllimin başı vəzifəsindən daha çox, şəxsi məsələlərə, daha dəqiq desəm biznesə qarışıb. Rayonun ən varlı şəxslərindən biri kimi tanınan məmurun maliyyə imkanları çox yüksəkdir. Namiq Məmmədov işində ciddi nöqsanlara yol verir. Belə ki, o dövlət büdcəsinin Gədəbəy rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə işləri tələb olunan səviyyədə yerinə yetirmir, büdcə və büdcədənkənar vəsaitlərin təyinatı üzrə xərclənməsinə zəif nəzarət edir. Sözsüz ki, bu kimi amillər rayonun maliyyə sisteminin iflic vəziyyətə düşməsinə səbəb olub. Artıq uzun müddətdir Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışan Namiq Məmmədov həm özünə yaxşı güzəran yaradıb, həm də yaxın qohumlarına gün ağlamağı yaddan çıxarmayıb. Belə ki, onun əmisi oğlu Ramiz Məmmədov hazırda Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışır. Bu şəxs əvvəllər Gədəbəy Rayon Təhsil Şöbəsinə rəhbərlik edirdi. Onun rayonun təhsil sisteminə vurduğu zərbəni gədəbəylilər hələ uzun müddət unutmayacaq. Rayonun təhsil sisteminin acınacaqlı halda olmasının tək səbəbkarı məhz Ramiz Məmmədovdur. Çünki o təhsil şöbəsinin müdiri işlədiyi vaxtlarda dövlət büdcəsindən bu sahənin inkişaf etdirilməsi məqsədilə ayrılan vəsaitləri təyinatı üzrə xərcləmirdi. O rayonun maliyyə sisteminə nəzarət edən əmisi oğlu Namiq Məmmədovla əlbir olaraq büdcə vəsaitlərini tamamilə başqa istiqamətlərə yönləndirirdi. Məhz bunun nəticəsində hazırda Gədəbəydə təhsilin səviyyəsi olduqca aşağıdır və məhv olmaq həddinə gəlib çatıb. Aidiyyəti dövlət qurumları tərəfindən Gədəbəy Rayon Təhsil Şöbəsində bir neçə dəfə yoxlama aparılıb Ramiz Məmmədovun qanunsuzluqları aşkara çıxarılsa da, əmisi oğlu Namiq Məmmədov onu müdafiə etməyi bacardı. Hansı ki, aşkar edilən mənimsəmə faktlarına görə təhsil şöbəsinin sabiq müdiri həbs olunmalı idi. Buna baxmayaraq, əmisi oğlu onu həbs təhlükəsindən xilas etməyi bacardı. Maliyyə İdarəsinin rəisinin himayədarlığı altında Ramiz müəllim təhsildən mədəniyyətə transfer oldu. Halbuki bu, heç bir qanun normasına sığmır. Ona görə ki, təhsillə mədəniyyət tamamilə ayrı-ayrı sahələrdir. Bu, əmək müəlliminin ali məktəb rektoru vəzifəsində işləməsinə bənzəyir. Məgər, rayonda mədəniyyət və turizm şöbəsinə rəhbərlik edə biləcək başqa kadr yox idi ki, Ramiz Məmmədovu şöbəyə müdir təyin etdilər? Axı o hansı xidmətlərinə və savadına görə şöbənin başına gətirildi? Ramiz Məmmədov mədəniyyət və turizm sahəsinə yad adamdır. Onun bu vəzifəyə təyin olunmasında Namiq Məmmədovun rolu böyük idi. Ümumiyyətlə, Gədəbəydə hansı daşı qaldırırsan altından məmmədovlar çıxır. Namiq Məmmədov hazırda Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəri vəzifəsində çalışır. Onun rəhbəri olduğu idarə pul ayırır, Namiq Məmmədovun əmisi oğlu Ramiz Məmmədov isə həmin vəsaitləri xərcləyir. Qüvvədə olan qanunvericiliyə görə, qohum şəxslər seçkili vəzifələr istisna olmaqla bir-birlərinin tabeliyində işləyə bilməzlər. Buna rəğmən, Namiq Məmmədov və əmisi oğlu Ramiz Məmmədov vəzifələrdə çalışırlar. Onların öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Maraqlıdır ki, həmin kənddə çalışanların da bir çoxları məmmədovların öz adamlarıdır. Deyilənə görə, Ramiz Məmmədovun necə təhsil alması onun işində açıq-aydın bilinir". Mənbənin məlumatında həmçinin qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi hər il Gədəbəy rayonundakı tarixi mədəniyyət abidələrinin qorunmasına, rekonstruksiyasına külli miqdarda pul ayırır: "Amma Ramiz Məmmədovun rəhbərlik etdiyi Mədəniyyət və Turizm Şöbəsi bu pulları lazımi şəkildə xərcləmir. Mədəniyyət və Turizm Şöbəsinin rayonun mədəniyyət abidələrinə xərclədiyi vəsaitlərlə bağlı araşdırmalar aparılsa, çox dəhşətli yeyinti faktları üzə çıxa bilər. Nazir Əbülfəs Qarayevin çox güman ki, bu məsələlərdən xəbəri yoxdur". Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun kimə arxayın olub belə özbaşına işlərə imza atmasına gəlincə mənbəmiz vurğulayır ki, adıçəkilən məmurun arxasında maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramov dayanıb: "İdarə rəisi maliyyə nazirinin müavini Azər Bayramov tərəfindən himayə olunur. Hətta iş o yerə çatıb ki, artıq gədəbəylilər Namiq Məmmədova rayonun gələcək icra başçısı kimi baxırlar. Məmur bacardığı qədər rayondakı dayaqlarını möhkəmlətməyə və öz adamlarını müxtəlif vəzifələrə yerləşdirməyə çalışır ki, sabah vəziyyət dəyişəndə bundan öz xeyrinə istifadə edə bilsin. İdarə rəisi bir çox hallarda icra başçısı Ramiz Yediyarovla birgə işlər həyata keçirir. Rayonun sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin necə xərclənməsini icra başçısı ilə idarə rəisi müəyyənləşdirir. Təəssüflər olsun ki, büdcənin külli miqdarda vəsaiti abadlıq-quruculuq işlərinə yox, bəzi məmurların cibinə gedir. Gədəbəydə dəhşətli maliyyə pozuntuları mövcuddur. Samir Şərifovun müavini Azər Bayramov isə idarə rəisinin uzun müddətdir vəzifədə qalmasına köməklik göstərib. Namiq Məmmədov üçün nazir Samir Şərifov yox, sanki Azər Bayramovdur. O nazir müavininin tapşırıqları əsasında iş görür. Hörmətli nazirin göstərişlərinə isə lazımi səviyyədə əməl etmir. Hətta bəzi məclislərdə kimlərinsə arxasınca danışır. Hesablama Palatasının və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Gədəbəy Rayon Maliyyə İdarəsində yoxlama aparsalar, bu Namiq Məmmədovun həbsi ilə nəticələnə bilər. Çünki onun fəaliyyətindəki nöqsanların sayı-hesabı yoxdur. Digər tərəfdən, Namiq Məmmədov rayonun təhsil, səhiyyə və mədəniyyət sisteminə ayrılan vəsaitlərin hansı işlərə xərclənməsini yoxlamır. Səbəb isə bəllidir. Rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsinə idarə rəisinə yaxın olan şəxslər və qohumları nəzarət edir. Bunlar araşdırılması həddən artıq vacib olan faktlardır. Əgər yuxarı dövlət qurumları səviyyəsində Gədəbəy rayonunda hökm sürən qanunsuzluqlara, daha doğrusu, idarə rəisi Namiq Məmmədovun, onun əmisi oğlu Ramiz Məmmədovun, eləcə də icra başçısı Ramiz Yediyarov və komandasındakı şəxslərin özbaşına hərəkətlərinin qarşısı alınmasa, problemlər böyüyə bilər". Növbəti saylarımızda Namiq Məmmədovun oğlunun illik təhsil haqqını hansı pullarla qarşılaması, Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin həyətindəki 3 mərtəbəli obyektin kimə məxsus olması, icra başçısına verilən qonaqlıq, məşhur bankın kimin adına sənədləşdirilməsi və digər maraqlı məsələlər haqqında şok faktları açıqlayacağıq. Bizi izləməyi unutmayın. \\ gundelik-baku.com \\
Mövzu ilə bağlı bütün tərəflərin mövqeyini işıqlandıra bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|