Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Cəza: «Halal»a haram qatan firmada yoxlamalar başladı - “Kristal CF”-yə qarşı cinayət işi qaldırıla bilər
Tarix: 26-12-2014, 12:13 | Çap et
Cəza: «Halal»a haram qatan firmada yoxlamalar başladı
Ölkəmizdə “Halal” məhsul adı ilə bir çox ərzaq məhsullarının satılması haqda məlumat vermişdik. Əslində bu ad altında satılan məhsulların nə qədər halal olması həmişə şübhəlidir. Ötən həftə “Halal” sözü ilə markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasasının tərkibində donuz əti və piyi aşkar edildi. Bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaydığı rəsmi məlumat idi. Görəsən, Komitə bununla bağlı hansı tədbirləri həyata keçirdi?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Analitik.az-a bildirdi ki, müvafiq nəzarət xidməti bazarda mütəmadi olaraq araşdırmalar aparır: “Sahibkarın xəbəri olmadan satış nöqtələrindən nümunələr götürülərək laboratoriyalara verilir. Yoxlanıldıqdan sonra nəticəyə uyğun tədbirlər həyata keçirilir. “Halal” sözündən istifadə edərək markalanmış “Kristal CF” əmtəə nişanlı “Baranina” kolbasını istehsal edən “Orxan-SS” firmasına sertifikat verilməyib. Çünki onun istehsal şəraiti bu tələbələrə cavab vermir. Biz dərhal qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyinin reyestrindən çıxarış aldıq. Dünəndən bu müəssisədə yoxlamalara başlamışıq. Hazırda bu müəssisədə araşdırmalarımız davam edir. Yaxın günlərdə araşdırma yekunlaşandan sonra nəticə ictimaiyyətə açıqlanacaq. İlkin müşahidələrimiz ondan ibarətdir ki, hazırda həmin müəssisədə istehsal prosesi demək olar ki, dayanıb. Məlum faktla bağlı artıq ticarət şəbəkələri həmin müəssisənin məhsullarını qəbul etməkdən imtina edirlər. Həmin müəssisənin məhsulları ticarət müəssisələrindən geri çağırılıb. İstehsalı dayandırmaq üçün araşdırmanın nəticələrini gözləməliyik. Fakt aşkarlanarsa ki, standartın tələblərinin pozulması istehsal müəssisəsinin günahı üzündəndir, təbii ki, orada istehsal dayandırılacaq. İnzibati Xətalar Məcəlləsinə görə, müəssisə 5000 manat cərimə olunacaq. ”

Onu da qeyd edək ki, bu, halal adı ilə bazara «haram» məhsul çıxarılmasına dair ilk məlumat deyil. Həmçinin xatırladaq ki, son vaxtlaradək televiziya və radio kanallarında da «Kristal CF» əmtəə markası altında «halal» kolbasa və sosiska məmulatlarının reklamı gedirdi. Bəlkə də illərdir ki, alıcılar «Kristall CF»-in kolbasalarını halal məhsul bilirdilər. İndi isə Komitə rəsmisinin məlumatından aydın olur ki, bu müəssisəyə heç komitə tərəfindən də «Halal qida» sertifikatı verilməyib. Belə olduğu halda məhsulun halal adı ilə reklam edilməsi, həmçinin, «Halal» adı ilə markalanması və satışa da bu adla çıxarılması istehlakçıların aldadılması, onlara məhsul haqqında yanlış məlumat verilməsi deməkdir. Bəs bu kimi əməllərə görə bu məhsulun istehsalçısı və ya əmtəə nişanının sahibi hansı məsuliyyət daşıyır?

Sualı Analitik.az saytına şərh edən hüquqşünas Xəyal Feyzullayev bildirib ki, qanunvericilikdə istehlakçıların hüquqlarının pozulmasına görə inzibati məsuliyyət, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmaya görə isə cinayət məsuliyyəti nəzərdə tutulub:
«İstehlakçıların hüquqlarının pozulması dedikdə, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş digər əməllərlə yanaşı, standartların və dıgər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulur. Bu cür inzibati xətaya yol vermiş vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək miqdarda cərimə edilir.»

Hüquqşünas, həmçinin, bildirir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində «İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma» maddəsi nəzərdə tutulub. CM-in 200-cü maddəsinə əsasən, istehlakçıları aldatma dedikdə, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlar, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma başa düşülür.
İstehlakçıya məhsulun (xidmətin) bu və ya başqa xüsusiyyətləri barədə yanlış, yaxud natamam məlumat verilməsi istehlakçını məhsulun istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair aldadılması ilə nəticələnir.

«Malın istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair aldatma konkret olaraq malın hazırlanma tarixi, çeşidi, istehsal olunduğu ölkə, standartı, texniki göstəriciləri və s. bu kimi xüsusiyyətləri barədə aldatmada ifadə oluna bilər. «Halal» standartında müəyyən olunmuş tələblərə cavab verməyən məhsulun üzərinə «Halal» yazılaraq istehlakçıya təqdim edilməsi onun aldadılması ilə nəticələnir. Bu baxımdan «Halal» adı altında məhsulun istehsal edilməsi və ya satılması CM-nin 200-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilməlidir. Çünki istehlakçı «Halal» yazısına inanaraq məhsulu alırsa, o, istədiyi keyfiyyətdə, standartda olan məhsulu seçdiyini düşünür. Lakin əgər, konkret olaraq, kolbasanın tərkibində donuz piyi aşkar olunursa, deməli, həmin kolbasa məmulatı «Halal» standartına cavab vermir. Bu da cinayət əməli kimi CM-in 200-cü maddəsində nəzərdə tutulmuş cəza tədbirləri ilə cəzalandırılmalıdır».

Hüquqşünas onu da deyib ki, istehlakçıların aldadılması ilə nəticələnən cinayət əməli ən yüngül halda cərimə cəzası ilə cəzalandırılır. İstehlakçıların aldadılması təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, istehlakçılara külli miqdarda ziyan vurmaqla törədildikdə isə daha ağır cəzalar nəzərdə tutulur: «Konkret olaraq «Kristall CF» əmtəə markası ilə «Halal» adı altında buraxılan kolbasada donuz piyinin aşkar edilməsi istintaq qaydasında sübuta yetirildiyi halda, cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. Bu işdə «Orxan-SS» firmasının vəzifəli şəxsi və ya hansı məsul şəxsi cavabdehlik daşıyacaq – bunu istintaq orqanı müəyyənləşdirə bilər. Qanun bu sahədə birmənalı və hər kəs üçün aydındır.»- deyə, X.Feyzullayev bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru