![Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir](/uploads/posts/2015-04/thumbs/1429595302_0001.jpg)
DİA.AZ: - Cəbhə xəttində gərginlik müşahidə olunmaqdadır. Artıq savaşın qaçılmaz olduğu tam şübhəsizdir. Ermənilərin davamlı təxribat törətməsi, habelə intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlaması da savaşın – böyük hərbi əməliyyatların keçirilməsini yenidən zərurətə çevirib.
DİA.AZ-a Beyləqan sakini Ruslan Əliyevin yolladığı bu videomaterialdan da aydın şəkildə görünür ki, tanklarımız cəbhə xəttinə doğru irəliləyir.
Videoçəkilişin müəllifi bildirir ki, son günlər düşmənlə təmas ərazilərdə xüsusi gərginlik müşahidə olunur.