Nazirin şirkətində də böhranlı günlər yaşanır... - kəskin müştəri qıtlığı yaranıb...
Tarix: 6-05-2015, 10:18 | Çap et
![Nazirin şirkətində də böhranlı günlər yaşanır... Nazirin şirkətində də böhranlı günlər yaşanır...](/uploads/posts/2015-05/thumbs/1430889428_0001.jpg) Azərbaycanda geniş biznes şəbəkəsinə malik nazirlərin önündə gələnlərdən biri heç şübhəsiz, gənclər və idman naziri Azad Rəhimovdur. Nəhəng gəlir qaynaqlarına malik olan Rəhimovun son vaxtlar biznes sarıdan bəxtinin bir o qədər gətirmədiyi bildirilir. Öncə onu qeyd edək ki, Azad Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda "İtaldizayn" şirkətini açıb. Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib. Hazırda isə "İtaldizayn" şirkətinin Bakının ən mərkəzi ünvanlarında xeyli sayda mağazası var. Bəzi məlumatlara görə, bu qrupa əksəriyyəti şəhərin düz mərkəzində yerləşən onlarla (bir az da konkretləşdirsək, 20-dən çox) salon və butik daxildir: "İdea", "Creative System", iki "Villeroy & Boch" butik və salonu, "Bang & Olufsen", "Ambiance", dörd "Swarovski" butiki, "Royal Collection", "Royal Collection - Watches & Accessories", "Yves Delorme", "Baccarat - Bernardaud", "Museum", "Chopard", "Carpets Boutique", "Lladro", "Roberto Coin - de Grisogono"; iki "Eurodesign" və "Transeurocom" telekommunikasiya şirkəti; "İD Catering" keyterinq şirkəti və "Creacon" inşaat şirkəti. Nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. İndi isə belə məlumatlar gəlir ki, bu mağazalar son bir neçə ayda ciddi böhran keçirirlər. Onlar xeyli müştəri itiriblər. Yəni adıçəkilən butik və dükanlarda alış-veriş əhəmiyyətli dərəcədə səngiyib. Bəs Azad Rəhimovun biznesində geriləmənin olması nə ilə bağlıdır? Bu barədə səslənən iddialara görə, son vaxtlar gənclər və idman nazirinin biznes obyektləri müştəri sarıdan korluq çəkir, səbəb isə Rəhimovun məşhur xarici brendlərin məhsullarının satışına üstünlük verməsidir: "Həmin məhsullar olduqca bahalıdır, bu səbəbdən də son vaxtlar onların alıcılarının sayı kəskin azalıb". Verilən məlumatlara görə, Azad Rəhimovun biznes imperiyasına "Carrera y Carrera", "Pasquale Bruni", "Leo Pizzo", "Antonini" və s. məşhur brendlərin məhsullarının Azərbaycanda satışının təşkil edilməsi daxildir. Həmin məhsulların qiymətləri isə bizim reallıqda böyük çoxluq üçün fantastik görünür .Təkcə aksessuarlar və ofis ləvazimatlarının qiymətlərindəki fantastik bahalıq adamı heyrətə gətirir. Nazirin butiklərində ən bahalı qələmlər "Cartier" firmasına məxsusdur və qiyməti 400 manatdan başlayır. Rəhimovun şirkətinə məxsus mağazalarda köynək düymələrinin 500, İsveç istehsalı saatların 2 min, bel kəmərlərinin min manatdan alıcılara təqdim olunduğunu nəzərə alsaq, daha zəruri malların qiymətini təsəvvür etmək çətin deyil. Hansı ki, həmin qiymətlərə münasib müştəri tapmaq Azərbaycan reallğında qəliz məsələdir və elə bu da gənclər və idman nazirinin gəlir qaynaqlarında alıcı böhranına, alıcı böhranı isə gəlir krizisinə gətirib çıxarıb. Xüsusilə dolların manata görə bahalaşmasının ardından gənclər və idman nazirinin biznes nöqtələrində alış-veriş kəskin azalıb. Məzənnə dəyişikliyindən sonra bahalı brendlərin fantastik qiymətə olan məhsullarının qiyməti daha da bahalaşıb, bu isə alıcıları Rəhimovun dükanlarından bir az da uzaq salıb. Bəzi iddialara görə, bunları saf-çürük edən nazirin nəzarətindəki biznes qrupları sonda bir çox məşhur brendlərin məhsullarının satışından imtina etməyə hazırlaşırlar. Həmin dünyaca populyar xarici markalarla üzülüşməyin əvəzində isə ölkədə orta statistik müştərinin cibinə uyğun malların Azərbaycanda satışını həyata keçirmək daha məqsədəuyğun hesab olunur. Amma Rəhimovun yekunda belə qərar verib-verməyəcəyi bəlli deyil.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Dünən, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Dünən, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Dünən, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Dünən, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Dünən, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Dünən, 09:05 |
|
|
|
|