UniBank-ın “Baku Collecting Agency” adlı təzyiq rıçağı... - Bankın adından borclular təhdid edilir
Tarix: 19-05-2015, 10:30 | Çap et
Ölkə əhalisinin böyük bir hissəsinin banklara borcu olduğu hamıya məlum bir faktdır. Həmçinin bu da məlumdur ki, borclu vətəndaşların heç də az olmayan bir qismi müxtəlif məqsədlərlə banklardan kredit götürdükləri zaman öz maddi imkanlarını, gələcək gəlirlərini düzgün hesablaya bilmirlər. Kimsə yeni əldə etdiyi iş yerindən alacağı məvacibə, kimsə təsadüfi gəlirlərinin davamlı olacağına, kimsə də sadəcə “bəxtinin gətirəcəyinə” ümid edərək bu addımı atıb. Digər tərəfdən isə bu kreditləri verən banklar da yaranmış vəziyyətə görə heç də az məsuliyyət daşımamalıdırlar. Çünki müxtəlif reklam çağırışları və akiyalarla kredit götürülməsini az qala ən sərfəli maliyyə əməliyyatı kimi təqdim edən həmin banklar, əslində öz potensial müştərilərinin maddi imkanlarını son dərəcə dəqiqliyi ilə araşdırmalıdırlar. Lakin reallıqda bu baş vermir. Xüsusilə bir müddət əvvəl, banklarda “şapka” alınması təcrübəsinin daha çox tətbiq olunduğu vaxtlarda müştərinin aldığı pulu necə qaytaracağı ümumiyyətlə heç kəsi maraqlandırmırdı. Nəticədə isə təmin olunmayan ödənişlər, bankın problemli müştərilərlə iş şöbəsinin əməkdaşları ilə xoşagəlməz söhbətlər, məhkəmə və sonda icra məmurlarının “ziyarəti”. Lakin son vaxtlar ödəniş etməyən müştəridə məsuliyyət hissinin “gücləndirilməsi” məqsədilə tətbiq olunan bu təsir vasitələri zəncirinə bəzi banklar tərəfindən daha bir halqanın da əlavə olunduğunu müşahidə etmək olar. Etiraf etmək lazımdır ki, bu gün bir çox hallarda istər məhkəmə salonlarında hakimlərin, istərsə də icra məmurlarının borclu vətəndaşlara qarşı anlaşıqlı, bir növ mərhəmətli davranmalarını da görmək olur. Axı hakim də görür ki, hansısa vətəndaş bankdan aldığı 500 manatın müqabilində deyək ki, artıq 200 manat (təbii ki, rəqəmlər şərtidir) ödəyib. Bankın təqdim etdiyi sənədlərdə isə yaranmış borcun məbləği 800 manat olub. Məsələ bundadır ki, əksər hallarda pula təcili ehtiyacı olan vətəndaşın bankda ona imzalatdırılan sənədlərdə nə yazıldığı barədə heç anlayışı belə olmur. Məhz buna görə də çox zaman məhkəmələrdə borc məbləğinin minimuma endirilməsi və ya faizlərin dayandırılması barədə qərar qəbul edilir. Eyni münasibəti bəzi icra məmurlarından da görmək olur. Axı borclunun evinə girən zaman onun bir çətən külfətlə səfalət içərisində yaşadığını görən məmur nə etməlidir? Bütün bunlar isə bəzi harınlamış, özgənin bədbəxtliyi üzərindən keçərək sərvət sahibi olmuş bank rəhbərlərini narahat etməyə bilməz. Məhz buna görə də son vaxtlar həmin banklar öz müştəriləri ilə aralarında yaranmış problemlərin həllinə üçüncü şəsləri cəlb etməyə başlayıblar. Redaksiyamıza bu günlərdə daxil olmuş növbəti məlumatda da “UNİBANK” KB ASC-nin bu istiqamətdə atdığı addımdan bəhs edilir. Məlumatda bildirilir ki, “UNİBANK” öz müştəriləri ilə münasibətlərini aydınlaşdırmaqda vasitəçilik etmək hüququnu “Baku Collecting Agency” adlanan bir şirkətə həvalə etmişdir. Nərimanov rayonu, Təbriz küçəsi 58A ünvanında yerləşən bu şirkətin kim tərəfindən təsis olunduğu və nə məsləkə qulluq etdiyinə dair dəqiq məlumatımız olmasa da, bildiyimizə görə burada əsasən hüquqşünaslar işləyirlər. Vətəndaş Fəxrəddin Əfəndiyevin bizə təqdim etdiyi “Baku Collecting Agency”-nin firma blankında şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş mətnlə tanış olduq. Mətndə borcun ödənilməsi tələbi kəskin formada irəli sürülmüş, əks təqdirdə isə onların tərəfindən borclunun məsuliyyətə cəlb olunması üçün müəyyən tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Həm də bütün bunlar iri və qaraldılmış şriftlə yığılmışdır. Amma “Baku Collectig Agency”-nin fəaliyyəti sadəcə bununla bitmir. Məsələ bundadır ki, hər bir bankın, o cümlədən “UNİBANK”-ın da bu məsələlərlə məşğul olmaq üçün həm hüquq şöbəsi, həm də problemli müştərilərlə iş şöbəsi var. Lakin bu şöbələrin malik olduqları təsir vasitələri qanun çərçivəsindən kənara çıxa bilməz. Əks halda, borclu müştəri özü bankı məhkəməyə cəlb edə bilər. “Baku Collecting Agency”-nin hərəkətlərinə görə isə “UNİBANK” heç bir məsuliyyət daşımır. Bu şirkətin əməkdaşları isə yazılı müraciətdən başqa borclu müştəri ilə üz-üzə və ya telefon vasitəsilə də danışıqlar aparırlar. Bu danışıqlar zamanı isə müştəri təhdid və şantaj formasında psixoloji təsirlərə məruz qoyulur. Görəsən “Baku Collecting Agency”-nin hüquqşünasları bu kimi əməllərin hüquqa zidd olduğundan xəbərdardırlarmı?
Sonda şəxsən bu yazının müəllifini maraqlandıran bir sualı da vermək istərdim. Azərbaycanda təsis olunmuş və Azərbaycanda fəaliyyət göstərən şirkətin adının ingilis dilində qeyd olunması Azərbaycan hüquqşünaslarını narahat etmir ki?... \\ bizimdovr.az \\
Məqalədə adı keçən bütün tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|