Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Azərbaycanda oliqarx məmurların gizli qazanc ünvanı... - Hər bir bahalı otelin arxasında bir iri məmur dayanır
Tarix: 16-07-2015, 10:35 | Çap et
Azərbaycanda oliqarx məmurların gizli qazanc ünvanı...
Ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bir sıra məsələlərlə yanaşı, Azərbaycandakı otellərdə qiymətlərin baha olmasından da narazılığını bildirib. Dövlət rəhbəri qiymətlərin aşağı salınması üçün ciddi tapşırıqlar verib.

"İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada var. İndi Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır?", - İlham Əliyev bildirib.
Onun sözlərinə görə, bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir: "Yenə də deyirəm, burada bəlkə də buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni, ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar".
Lakin, İlham Əliyevin bildirdiyinə görə, üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. Ölkə başçısının sözlərinə görə, o qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər, budur reallıq: "Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər".
Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasının müdiri Bahadur Bilalov Azərbaycanda qiymətlərin həddindən artıq şişirdildiyini və bu şişirtmədə vergi orqanlarının da əlinin olduğunu deyir. Onun sözlərinə görə, ölkə prezidentinin çıxışından göründüyü kimi otellərdəki qiymətlərin yüksək olmasının səbəbləri haqqında dəqiq informasiyaya malikdir.
Ekspert deyir ki, zaman-zaman mütəxəssislər ölkəmizdəki otel qiymətlərinin bazar tərəfindən deyil, müxtəlif orqanların (vergi, hüquq mühafizə və s) təsiri nəticəsində formalaşdığını vurğulayırlar: “Rəsmi məlumatlara görə, ölkəmizdəki mehmanxana və bu tipli gecələmə yerlərindəki çarpayıların sayı 35 mindən çoxdur. Bu çarpayıların illik tutumu 13 milyona yaxın rəqəm edir. Amma Statistika Komitəsinin illik məlumatına nəzər salsaq, bu gecələmələrin sayının 10 dəfədən də az olduğunu görə bilərik. Belə mənzərə yaranır ki, Azərbaycanda otel biznesi rentabelli deyil və bura investisiya qoyulmasına dəymir. Amma, praktikada bunun əksinin şahidi oluruq. Məlum olduğu kimi ölkə üzrə hər il 30-40 yeni otel istifadəyə verilir. Buradan belə nəticəyə gəlmək olur ki, otellər nəinki qiymətləri şişirtməklə məşğuldur, eyni zamanda gəlirləri kütləvi surətdə gizlədirlər. Bunu isə vergi orqanları ilə razılaşdırılmadan həyata keçirmək mümkün deyil. Prezident də bu informasiyaya əsaslanaraq vergi orqanlarına ciddi xəbərdarlıq etdi”.
Azərbaycanda iki-üç ulduzlu otəllərin qıtlığından danışan ekspert deyir ki, otel biznesi ilə məşğul olanlar daha yüksək ulduz almağa meyillidirlər. Çünki 5 ulduzlu otelin vergisi ilə 1-2 ulduzlu otelin ödədiyi vergi eynidir. Halbuki 1-3 ulduzlu otellərin ödədiyi vergi, 4-5 ulduzlu otelin ödədiyi vergidən az olmalıdır. Belə olarsa heç də hamı yüksək ulduz almağa iddialı olmaz: “Fikrimcə, beynəlxalq təcrübədən istifadə edərək otel biznesinə differensiyallaşdırılmış vergi tətbiq edilməlidir. Bu qayda lisenziya üçün rüsümlara da tətbiq edilməlidir. Başa düşmək çətindir ki, nəyə görə 5 ulduzlu otel və 1-2 ulduzlu otel lisenziya üçün eyni rüsumu ödəməlidir. Əgər xərclər eynidirsə, niyə ağaşı ulduza iddia etsinlər ki?”.
Azərbaycanın otel qiymətləri ilə qonşu ölkələrdəki vəziyyəti müqayisə edən B. Bilalovun dediyinə görə, Azərbaycanda otel qiymətləri Gürcüstanla müqayisədə 30-50 faiz bahadır. İranla müqayisədə isə bu rəqəm 100%-dən çoxdur.
Turizim mütəxəssisi deyir ki, qardaş Türkiyə ilə müqayisə etdikdə Azərbaycandakı otel qiymətləri 20-40% daha bahadır.
İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri, millət vəkili Əli Məsimli isə otellərdə xidmətin aşağı, qiymətlərin isə bahalığından şikayət edir: “Azərbaycanın turizm üçün çox unikal imkanları var. Son illər bu imkanlardan istifadə istiqamətində xeyli iş görülüb. Bununla belə hələ görüləsi işlər çoxdur. Turizm obyektlərinin xeyli hissəsində xidmətin keyfiyyəti aşağı, qiymətlər isə çox yüksəkdir. Son vaxtlar aviabiletlərin qiymətlərinin də artması Azərbaycana turist axınına mane olan amillərdən birinə çevrilib. Eyni zamanda Azərbaycanda aztəminatlı təbəqənin istirahət etməsi üçün şərait yaradılmalıdır. Bundan ötrü Prezidentin qaldırdığı məsələlərin həlli sürətləndirilməli, qiymətlər aşağı salınmalı, iki və üçulduzlu otellər tikilməlidir”.
Adının çəkilməsini istəməyən iqtisadçı ekspert isə ölkədəki lüks otellərin bir sıra iri məmurların nəzarətində olduğunu deyib. Onun sözlərinə görə Bakıda və ölkənin digər yerlərində fəaliyyət göstərən belə otellərin qeyri-rəsmi sahibləri arasında nazirlər, nazir müavinləri, icra başçıları, komitə sədrləri, prokurorluq və hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutanlar, millət vəkilləri və s. var. “Belədə otel qiymətlərinin həddən artıq baha olmasının gerçək səbəbkarlarının kim olduğunu bilmək çətin deyil. Oliqarxlar hər işdə olduğu kimi, otelçilikdə də mütləq söz sahibidirlər və istədikləri qiyməti diqtə edirlər. Ümumiyyətlə, bu sahədə şəffaflıq yox dərəcəsindədir. Şübhələr var ki, otellər real gəlirlərini gizlədirlər. Onların qazancları rəsmi statistikada milyonlarla ifadə olunsa da, istisna deyil ki, Azərbaycanda otelçilik sahəsində real dövriyyə milyard manata çatır” - deyə həmsöhbətimiz bildirib.
Ekspertin sözlərinə görə, otelçilikdəki qiymət və xidmət özbaşınalığını aradan qaldırmağa onların arxasında dayanan iri məmurlara lazımi, hüquqi “qulaqburması” verməkdən başlamaq lazımdır. Əks halda sözügedən sahədə hər hansı müsbət dəyişiklikdən danışmaq çətin məsələdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru