İranda Azərbaycan türkünə kölə rəftarı davam edir... - Sanki biz dilimizə basqını alqışlayırıq...
Tarix: 31-08-2015, 11:21 | Çap et
![İranda Azərbaycan türkünə kölə rəftarı davam edir... İranda Azərbaycan türkünə kölə rəftarı davam edir...](/uploads/posts/2015-08/thumbs/1441001804_0001.jpg) DİA.AZ: - Sovetlər Birliyinin çöküşündən sonra Azərbaycanın Quzeyi azad olsa da, Güneyi fars işğalı altında hələ də gününü sürməkdədir və bu gün İrandakı fars-molla rejimi nəhayətdə Azərbaycanın birləşəcəyini göz önünə aldığından Güney Azərbaycanda ciddi təbliğat işləri sürdürür.
DİA.AZ xəbər verir ki, eynən SSRİ çağlarında Azərbaycanın Quzeyində rus işğalı az qala "Azərbaycanın azad olunması" kimi necə təbliğ olunurdusa, bu gün də İranda fars-molla rejimi Azərbaycan türkünün dilinin sıxışdırılmasını da guya ki, Azərbaycan türklərinin inkişafının tərkib hissəsi kimi qələmə verməyə çalışırlar. Bu əsnada isə molla rejiminin işinə yarayanlar öz dədə-babasını unudan özümüzünkülər olur.
DİA.AZ olaraq İran KİV-lərinə istinadən təqdim edəcəyimiz aşağıdakı material da dediklərimizin əyani sübutu kimi qəbul oluna bilər:
"Mühəqqiq Ərdəbili universitetində Fars dilinin rəvac verilməsinə aid beynəlxalq konfrans keçirilmişdir. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən ayətüllah seyid Həsən Amili dünən Mühəqqiq Ərdəbili universitetində keçirilən Fars dili və ədəbiyyatının rəvac verilməsinə dair beynəlxalq konfransın bağlanış mərasimində demişdir: Fars dilinin irfan ədəbiyyatı ilə dünyanı almaq olar. Bu dil irfan və məzmun baxımından öz qlobal borcunu ödəməmişdir.
O, Fars dilinin irfan ədəbiyyatının dünyaya tanıtdırılmamasından təəssüfünü bildirərək bu sahədəki səhlənkarlığı mədəni və kimlik böhranı adlandırmışdır. O bildirmişdir: kimlik böhranının əsas elementi olan tətbiqi sahədəki səhv Fars dili və ədəbiyyatında kulminasiya həddinə çatmışdır. İnsanın özü haqqındakı az məlunatı və “mən” haqqındakı çatışmaz konsepsiyası onu səhvə uğratmışdır. Ərdəbil imamcüməsi sözlərini davam etdirmişdir: Mən sözündən düzgün tərif insanın öz varlığının atılması, onlardan vaz keçilməsi ilə başlanır. Belə bir məqamda ədəbi və irfan sözləri mənalanır. Doktor Amili demişdir: Amerika və hər hansı başqa bir ölkə Şəbüstəri və digər ariflər kimi şəxsiyyətə malik olsaydı dünyada hay-küy salardı. Biz isə belə bir irfan və ədəb bulaqlarını tanıtdırmaqda heç iş görməmişik. Ərdəbil Azəri və Fars dillrinin beşiyidir Fars dili və ədəbiyyatının rəvac verilməsinə dair X beynəlxalq konfransının elmi katibi demişdir: Ərdəbilin Fars ədəbiyyatı və xüsusilə İranın Aşura ədəbiyyatındakı rolu tədqiqatlar obyekti olmalıdır. Doktor Xudabəxş Əsədüllahi konfransın kənarında Azərbaycanın Fars dili və ədəbiyyatının yayılmasındakı roluna işarə edərək artırmışdır: Azərbaycan regionu, xüsusilə Təbriz və Ərdəbil Fars dili və ədəbiyyatını yaymaqda İranın digər böyük şəhərlərinin önündə gedir.
O, Saib Təbrizi, Pərvin Etisami, Şəhriyar və digər Təbriz ədəbiyyatçılarının roluna işarə edərək demişdir: hətta Nasir Xosrov kimi bir ədib Azərbaycanın Qətran Təbrizi kimi böyük şairləri ilə əlaqəsi olub və onları Fars dilində şeyir yazdıqlarına görə alqışlamışdır. Bunlar tarix baxımından möhkəm faktlardır. Ədəbiyyat ustadı Ərdəbilin İranın Aşura ədəbiyyatındakı xüsusi rolunu vurğulayaraq bu rolun layiqli dərəcədə öyrənilməməsini tənqid etmişdir. Əsədüllahi xatırlatmışdır ki, Fars dili və ədbiyyatının rəvacına dair X konfransa verilən məqalələrin müəyyən hissəsi Ərdəbilin Aşura ədəbiyyatındakı roluna həsr edilmişdir. Konfransın elmi katibi yerli ədəbiyyatın əhəmiyyətinə işarə edərək demişdir: Fars dilinə aid böyük əsərlərin müəyyən hissəsi folklordan qidalanmışdır.
Mövlana və Hafiz kimi böyük şairlər, Eynülqüzzat Həmədani və Əttar kimi böyük arif və yazıçıların əsərləri göstərir ki, onlar həm Fars dilinin ümumi özəlliklərindən, həm də öz yerli ədəbiyyatlarından istifadə etmişlər. Qeyd etmək lazımdır ki, bu mərasimdə Azərbaycan respublikası universitetlərinin Fars filologiyası üzrə dörd nəfət mütəxəssisi doktor Lalə Əlizadə, doktor Könül Haciyeva, doktor mahirə Quliyeva və doktor Təhminə Bədəlova iştirak etmişdilər"
DİA.AZ-dan: Allah bütün Güney Azərbaycan türklərinin qapısını tezliklə açsın... AMİN!
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|