İcra başçısının qardaşından hansı saxtakarlıqla qəhrəman düzəldirdilər... - "MTN işi"ndə daha bir incə nüans...
Tarix: 3-11-2015, 09:28 | Çap et
Bir neçə il əvvəl MTN-in sponsorluğu ilə “Əsgər” sənədli filmi çəkilib. Filmdə Qarabağ müharibəsi tarixini MTN-in uydurma xidmətləri istiqamətində təhrif etmək cəhdi edilib. Bunun üçün 1993-cü ildə Qarabağda məşhur erməni terrorist Monte Melkonyanın məhv edilməsi faktı seçilib. Ayıq çekistlər bu mövzunu “özəlləşdirmək” qərarına gəliblər və İbad Hüseynovu – özünümüdafiə dəstələrindən birinin döyüşçüsünü buna cəlb ediblər. 2005-ci ildə İ.Hüseynov birdən-birə Melkonyanı məhz o öldürdüyünü, onun başını kəsdiyini xatırlayıb və sağda-solda bu fotoşəkli nümayiş etdirməyə başlayıb. İlk baxışda axmaq və gülünc ideya çox tezliklə fəal tərəfdarlar qazanıb, onlar bundan siyasi və maddi kapital əldə etməyi qərara alıblar. “Qəhrəmanı” mədh etməyə və tərifləməyə, gəncləri onu örnək almağa çağırmağa başlayıblar. “Ayıq” MTN bundan öz payını almaq qərarına gəlib və İ.Hüseynovu MTN-dən terrorçunu məhv etmək tapşırığı almış kəşfiyyatçısı kimi təqdim edib. Nəticədə ölkə ictimaiyyəti uzun müddət yanlış məlumatlandırılırdı, Melkonyanı öz həyatları bahasına məhv edənlərin xidmətləri haqqında isə heç nə deyilmirdi. MTN-in və onun rəhbərliyinin bu siyasətinin səbəbi sadə idi – Melkonyanı qətlə yetirən döyüşçülər sıravi əsgərlər, PDM ekipajı idi və onları MTN-in xüsusi təyinatlıları kimi təqdim etmək alınmırdı. İbad Hüseynov isə məmnuniyyətlə Ceyms Bond rolunu oynamağı qəbul etdi. Amma nə MTN rəhbərliyi, nə də Hüseynov və onun himayəçiləri bir şeyi nəzərə almayıblar ki, Melkonyanın dəfni sənədləşdirilib. Dəfn kadrlarında onun başının yerində olduğu aydın görünür. Bütün bunlara baxmayaraq MTN uzun müddət Melkonyanın Ağdam rayonunun Mərzili kəndində 708-ci briqadanın əsgərləri tərəfindən məhv edildiyini sübut edən materialları ilk dəfə araşdıran və dərc edənlərə təzyiq göstərməyə çalışıb. Bu “dava” zamanı, mətbuat xidmətinin ifadəsinə görə, məlum olub ki, filmin çəkilməsinin təşəbbüskarı məhz MTN olub və onlar İ.Hüseynovun kimin başını kəsdiyi barədə anlayışı belə olmadığını yaxşı bilirdilər. Qısa arayış: İbad Hüseynov 1970-ci ilin 18 oktyabrında doğulub, Dağlıq Qarabağda ilk toqquşmaların başlandığı zaman Amurda sovet ordusunda qulluq edirdi. 1990-cı ilin oktyabrında Azərbaycana qayıtdıqdan sonra doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələrinə goşulur. 1992-ci ilin mayından iyuna qədər 724 saylı hərbi hissədə əsgər olub. 16 iyundan dekabra qədər 831 saylı hərbi hissədə vuruşub, sonra bu hərbi hissə dağıldığından əsgərləri 702-ci briqadanın tərkibinə veriblər. 1993-cü ilin avqustun 6-da 161 saylı hərbi hissə (Ağcabədi alayı) yaradılanda İbad Hüseynov hissəyə serjant rütbəsində dag-atici taqım komandirinin müavini kimi daxil olub. 1996-cı ildə tibb məntəqəsində sürücü kimi çalışıb, 1997-ci ildə ona baş çavuş rütbəsi verilərək ehtiyata buraxılıb. “Azərbaycan bayrağı” ordeniylə mükafatlandırılıb. Haqqında 2010-cu ildə “Əsgər” sənədli filmi çəkilib. Xüsusi xatırlatma: İbad Hüseynovun qardaşı Eyvaz Hüseynov 1992-ci ildən indiyə qədər Xocavənd rayon icra hakimiyyətinin başçısıdır. Əslində İbad Hüseynov haqqında mifin yaradılmasında icra başçısı olan qardaşının xidməti danılmazdır…Eyvaz Hüseynov özünü mətbuatda “zəmanəmizin qəhrəmanı”, “Qarabağın xilaskarı” kimi təqdim edən İbad Hüseynovun qardaşıdır. Hər iki qardaş Qarabağ müharibəsinin iştirakçısıdır. Onlar öz doğulduqları torpağı qorumaq kimi borclarını yerinə yetirdikləri üçün çox “göydən” gedirlər. Bu, sanki borc deyil, bütün xalqın boynuna qoyulan minnət yüküdür. Eyvaz Hüseynov 22 illik icra başçısı kimi Xocavənd camaatına bir xeyir verməsə də qardaşı İbad Hüseynovu “Zəmanəmizin Atillası” kimi təqdim etməyə nail olub. İbad Hüseynov haqqında çəkilən “Əsgər” filmi, xalq artisti Flora Kərimovanın “Qəhrəman İbad“ klipi də icra başçısının qardaşının qəhrəmanlığını gözə soxmağa hesablanıb. Ən azından İbad qarnına qumbara bağlayıb erməni tankının altına atılmaqla 54 nəfər döyüşçümüzün həyatını xilas edən Etibar İsmayılovdan daha çox qəhrəman deyil. Sadəcə Etibarın, Fred Asifin qardaşı icra başçısı olmadığı üçün haqqında filmlər, kliplər çəkilmədi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
|