Xəzərdə özünü balıq kimi hiss edir... - Rayonun GÜLağa kimi dərdi var...
Tarix: 15-12-2015, 11:01 | Çap et
Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamovun işində yol verdiyi nöqsanlar rayonun bəzi qəsəbələrində yaşayan insanların həyat səviyyəsinə ciddi şəkildə öz təsirini göstərməkdədir. Belə ki, rayon sakinlərinin yetərli hissəsi icra başçısının biznes maraqlarının belə demək mümkünsə, qurbanına çevriliblər. Rayonun Türkan qəsəbəsi əsasən daş karxanalarının çoxluğuna görə seçilir. Heç kimə sirr deyil ki, daş karxanalarından çıxan toz-duman vərəm xəstəliyinin geniş yayılmasını sürətləndirir. Sakinlərdən aldığımız məlumatlara görə, Türkanda təxminən 40-a yaxın daş karxanası fəaliyyət göstərir ki, onların da bir neçəsi məhz rayon rəhbərinin nəzarəti altındadır: "Qəsəbə sakinləri neçə illərdir eyni problemdən əziyyət çəkir. Bu daş karxanalarının bizə heç bir xeyri yoxdur. Buranın xeyrini ancaq sahibləri görür. Bizim bildiyimizə görə, daş karxanalarının sahibləri arasında yüksək vəzifəli şəxslər, məsələn nazirlər, prokurorlar və icra başçıları var. Daha çox qazanc gətirən daş karxanaları isə sözsüz ki, Gülağa müəllimə məxsusdur. Belə eşitmişik. Neçə illərdir Xəzər Rayon İcra Hakimiyyətinə başçılıq edən Gülağa İslamov geridə qalan dövr ərzində özünə məxsus olan daş karxanalarının fəaliyyətini xeyli genişləndirib. Başçının həm Xəzər rayonunda, həm də bəzi kənd rayonlarında tikinti layihələri var. Karxanaların daşlarının böyük hissəsi həmin tikinti işlərinə cəlb edilir. Bundan başqa, icra başçısı Xəzər rayonu ərazisində aparılan abadlıq-bərpa işlərinə lazım olan daşları da öz karxanalarının hesabına təmin edir. Bu karxanalar sakinlərin səhhətinə, yaşayışına mənfi təsir göstərir. Yay aylarında vəziyyət daha dözülməz həddə çatır. Hava küləkli keçəndə isə karxanalardan bir toz-duman qalxır ki, bütün evlər toza qərq olur. Həmin toz bizim ciyərlərimizə hopur. Kimlərsə milyon qazanır, biz də xəstəlik tapırıq. Evlərlə karxana arasında məsafə azdır. Karxanalarda işləyən ağır tonnajlı yük maşınları qəsəbənin daxili yollarını bərbad hala salıb. Bu barədə yerli icra nümayəndəsinə və icra hakimiyyətinin rəhbərliyinə müraciət etsək də, şikayətimizə baxan olmayıb. Hər dəfə yalan vədlər verib bizi başlarından edirlər". Sakinlər deyir ki, icra başçısına məxsus karxanalarda tez-tez bədbəxt hadisələr qeydə alınır: "Bu karxanalara başçının yaxın adamları nəzarət edir. Onlar müvafiq qanunları ayaq altına atmaqdan belə çəkinmirlər. Belə ki, fəhlələri əmək müqaviləsi olmadan işlədirlər. Həmin karxanalarda bir neçə dəfə faciəli hadisələr baş verib. Bəzi fəhlələr kombaynların altında qalıb, bəzilərini isə elektrik cərəyanı vurub öldürüb. Buna baxmayaraq, karxananı himayə edən şəxs ölüm işlərini ört-basdır etməyi bacarıb". Xatırladaq ki, icra başçısının özbaşına əməlləri ilə üzləşən Türkan sakinləri bir neçə dəfə kəskin şəkildə öz etirazlarını bildiriblər. Məsələn, 2011-ci ildə Türkan qəsəbəsində məmur özbaşınalığı və sosial vəziyyətin ağır olması ilə bağlı etiraz aksiyası keçirilib. Buna səbəb Hövsan-Türkan yolunun kənarında yerləşən və qəsəbə sakinlərinə məxsus torpaq ərazilərindəki hasarların uçurulması olub. "Polisləri əraziyə tökərək oradakı hasarları uçurdub, yerinə yeni hasar çəkirlər. Bununla bağlı sakinlər Xəzər Rayon İcra Hakimiyyətinə getdilər. Oradan isə sakinlərə bildirdilər ki, ərazi satılıb. İcra hakimiyyətində camaata onu da deyiblər ki, xoşluqla bu ərazidən çıxsınlar", deyə sakinlər bildirib. Sakinlər həm də qəsəbəyə verilən elektrik enerjisinin, təbii qazın kəsilməsinə və işsizliyin çoxalmasına da etiraz ediblər. Onlar bütün bu məsələdə rayon rəhbərliyini günahlandırıblar: "Etiraz edənləri həbslə hədələyirlər. Amma buna baxmayaraq sakinlər çox qəzəblidir". Başqa bir informasiyaya görə, Gülağa İslamovla yanaşı, oğlu İlham İslamov da vətəndaşların səbr kasasını daşdırıb. Məlumat üçün bildirmək istəyirik ki, icra başçısının oğlu Şüvəlan bələdiyyəsinin sədridir. Məlumatda bildirilir ki, İlham İslamov Şüvəlan qəsəbə bələdiyyəsinin sədri olmaqla yol verdiyi qanun pozuntularına görə heç də öz qayınatasından, yəni Qala qəsəbəsi üzrə icra nümayəndəsi Məzahir Hüseynovdan geri qalmır: "Bu şəxslərin törətdiyi qanunsuz işlər camaatın səfalət içərisində yaşamalarına səbəb olub. Elə bil rayon bu şəxslərin şəxsi mülküdür". Redaksiyamıza həmçinin icra başçısının, oğlunun və qudasının həyata keçirdiyi qaranlıq maliyyə əməliyyatları haqda da ilginc bilgilər daxil olub. Biz həmin məlumatlar ətrafında araşdırmalara başlamışıq. Yaxın günlərdə bu barədə sizlərə də məlumat verəcəyik. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|