Trampın Kanadanı işğal etmək planı yoxdur .....                     Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? .....                     “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... .....                     Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? .....                     Günay özəl günündə "Səndən sonra" təqdim etdi .....                     SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib .....                     AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB .....                     “Ayaqlarımda problem var, yeriyə bilmirəm” .....                     Rus səfir açıqladı: Bakı və İrəvana kömək… .....                     Ukrayna böhranının həllində “intensiv diplomatiya” .....                     "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." .....                     “Atamın mahnılarının müəlliflik hüququ məndədir, .....                     "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" .....                     USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib .....                     Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? .....                     Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq .....                     Sahil Babayev karateçi olub .....                     Bu siyahıda Ermənistanla Türkiyə var, .....                     Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: .....                     Məktəblərdə din tədrisinə ehtiyac varmı? .....                     Azərbaycanda güclü zəlzələ gözlənir? .....                     “PEYK” zavodunun 19 milyon vergi borcu var .....                     Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi .....                     İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar .....                     Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş .....                     Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir .....                     Azər Qəribovun adından dələduzluq .....                     O vaxt KQB arxivləri açılsaydı... .....                     1,5 milyard dollarlıq qızıl aldı .....                     Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... .....                     Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? .....                     Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb .....                     "Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                 

Keçmiş MTN-nin səhiyyə sistemindəki təzahürü... - Sanitariya-Karantin Müfəttişliyinin rəisinin başı dərddə
Tarix: 1-02-2016, 09:32 | Çap et
Keçmiş MTN-nin səhiyyə sistemindəki təzahürü...
Akif Çovdarovun həbsi onun Səhiyyə nazirliyindəki adamı olan Sara Həsənovanı bitirə bilər.

Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi Sara Həsənova ciddi təftiş içindədir. Səhiyyə Nazirliyi sistemində hazırda həbsdə olan nazir Əli İnsanovun kadrı kimi tanınan Həsənova rəhbərlik etdiyi qurumda aparılacaq yoxlamanın onun üçün yolun sonu olacağından əmindir. Çünki bütün fəaliyyəti boyu ciddi korrupsiya və qanunsuzluq faktları ilə yadda qalan Sara Həsənovanın hər zamankı himayədarı keçmiş MTN generalı Akif Çovdarovun özü hazırda həbsdədir.

Bu barədə saytımıza məlumat verən məlumatlı mənbə deyir ki, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışarkən rayondakı bütün aidiyyatı obyektləri qanunsuz ödənişə məcbur edən Həsənova bundan imtina edənləri vahiməli general Akif Çovdarovun adı ilə təhdid edirmiş. Çovdarovla Həsənovanın əməkdaşlığı keçmiş generalın onun yaxın qohumlarına MTN-də yüksək vəzifə verəcək qədər yaxın olub.

Sara Həsənovanın Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinin rəisi kimi yüksək vəzifəyə təyinatı da məhz keçmiş MTN generalının dəstəyi ilə baş tutub. Respublikaya idxal olunan ərzaq məhsulları, ərzaq xammalı, qida əlavələri, bioloji fəal qida əlavələri, qeyri-ərzaq məhsulları, istehlak əşyaları kimi böyük bir sahəyə nəzarət edən xanım rəisin rüşvət korrupsiyadan böyük miqdarda gəlir əldə etdiyi söylənilir. Onun övladının Avropanın ən bahalı universitetlərindən birində təhsil aldığı, bir neçə villasının və avtomobilinin olduğu söylənilir.

Lakin, görünür keçmiş MTN generalı Akif Çovdarovun həbsi Səhiyyə nazirinin müavini Nigar Əliyevanın yerində gözü olan Sara Həsənovanın bütün planlarını alt-üst etdi. İndi Həsənovanı sadəcə olaraq azadlıqda olmaq qayğılandırır...

***

Xatırladq ki, zaman-zaman Səhiyyə Nazirliyi ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olur.

Təqdim olunan video dünən "Semaşko" xəstəxanasının qarşısında, vətəndaşın maşınının kamerası ilə çəkilib.

“Ölümcül olmasına baxmayaraq pulu olmadığı üçün xəstəni içəri almadılar. Cibində pulu olmadığı üçün onu adam yerinə qoymadılar. Mühafizəçi dedi ki, bomjdur, həkimlər isə heç üzünə də baxmadılar”, - videonun müəllifi deyir.

Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələrinin təmiri və tikintisi ilə bağlı sifarişlərini bir qayda olaraq, "Turqay” MMC həyata keçirir. Bu, Qaynar.info-nun Satınalamalar üzrə Dövlət Agentliyinin rəsmi saytında apardığı araşdırmadan sonra məlum olub.

Saytın keçirilən tenderlərin reyestri ilə bağlı bölümündəki məlumatlardan belə məlum olur ki, 2015-ci ildə təkcə Səhiyyə Nazirliyinin sifarişi ilə Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin satın alınmasına görə sözügedən şirkətə 11 milyon 120 min manat vəsait ödənilib.

Bundan başqa, Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzin təmir işlərinin satın alınması da ötən il adıçəkilən şirkətə həvalə olunub və bunun üçün "Turqay” MMC-yə 297 650,87 manat ödənilib.

Əvvəlki illərdə də bu şirkət Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirliyin kifayət qədər yüksək büdcəli sifarişlərinin icrası ilə məşğul olub. Məsələn, iki il əvvəl Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 31 saylı Poliklinikanın təmiri məhz "Turqay” MMC-yə həvalə olunub və həmin vaxt bu məqsədlə adıçəkilən şirkətə 5 milyon manat ayrılıb.

Eyni ildə Respublika Talassemya Mərkəzinin təmir işlərinin satın alınması (294 245 manat) və Bakı şəhər 1 saylı Klinik Tibbi Mərkəzdə təmir işlərinin satın alınması da (59 745) də məhz "Turqay” MMC-yə həvalə olunub.

Bundan başqa, 2013-cü ildə istifadəyə verilən Cəlilabad Rayon Xəstəxanasının tikintisi və təchizatı üzrə 10 milyon 960 min manat həcmində müqavilə də «Turqay» MMC ilə bağlanılıb.

Maraqlıdır ki, hansı səbəbdənsə səhiyyə nazirinin dərin rəğbət və böyük etimadını qazanmış həmin şirkətlə bağlı ötən illər ərtzində KİV-də heç də ürəkaçan məlumatlar yayılmayıb. Bunlardan ikisi xüsusilə heyrət doğurur. Belə ki, 10 il öncə - 2005-ci ilin dekabrında rəsmi dövlət agentliyi AzərTAc Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şəbəsinə istinadən belə bir məlumat yayıb: "Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergidən yayınma və qanunsuz sahibkarlıq faktları ilə bağlı daha 43 cinayət işi başlanmışdır”. Bunun ardınca həmin şirkətlərin adları və vergidən yayındırdıqları məbləğlər açıqlanıb. Onların arasında "Turqay” MMC-nin də adı var. Şirkətin dövlət büdcəsinə ödəməkdən yayındırdığı məbləğ isə tükləri biz-biz edir: 4 milyard 797,7 milyon manat!

İki il öncə mətbuatda bu şirkətlə bağlı yer alan məlumatda isə iddia edilir ki, onun rəhbəri Abbasov Tamerlan Yahya oğlu külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə təqsirli biliinib 1 il 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.

Həmin iddia sonradan təkzib edilməyib.

O da qəribədir ki, kifayət qədər böyük məbləğlərlə ifadə olunan dövlət satınalmalarının həvalə olunduğu bu şirkətin rəsmi internet ünvanı yoxdur. İndiki dövrdə isə bu, anlaşılan və qəbuledilən deyil, müəyyən suallar yaradır.

İndi maraq doğuran Oqtay Şirəliyevin nazirliyinin kifayət qədər şübhəli imicə malik bir şirkətə dövlətin milyonlarla manatını hələ də niyə etibar etməsidir?! (bastainfo.com)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31
Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25
“Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18
Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08
Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06
SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04
AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17
“Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10
Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07
Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01
"Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56
“Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53
"Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50
USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48
Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02
Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59
Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54
Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32
Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38
Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34
“PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32
Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49
İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47
Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44
Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39
Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37
O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34
1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32
Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34
Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru