![PREZİDENT QİYMƏT QALDIRAN İŞ ADAMLARINI HƏBS ETDİRİR PREZİDENT QİYMƏT QALDIRAN İŞ ADAMLARINI HƏBS ETDİRİR](https://dia-az.shop/uploads/posts/2013-11/thumbs/1384500225_0001.jpg)
FaktXəbər-in verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Maduro qiymətlərin artıran mağazalarla mübarizəyə başlayandan bəri 100-dən çox biznesmenin həbs olunduğunu bəyan edib. O, elektrotexnika və digər malların qiymətinin artmasında məsuliyyəti «burjuaziyanın» üzərinə yıxıb.
Prezident biznesdən gəliri 15-dən 30 faizə kimi məhdudlaşdırmaq istəyir.
Sentyabr ayında Venesuela hökuməti ölkədə maliyyə böhranı ilə əlaqədar iqtisadiyyatın qorunması üçün xüsusi komissiya yaradıb.