![SURİYADA MÜSƏLMAN QƏTLİAMI DAVAM EDİR SURİYADA MÜSƏLMAN QƏTLİAMI DAVAM EDİR](/uploads/posts/2013-11/1384755387_0001.jpg)
Suriya rejiminə bağlı ordu birliklərinin ölkənin müxtəlif bölgələrində müxalifətçilərə ağır silahlarla həyata keçirdiyi hücumlar nəticəsində 3-ü qadın, 2-si uşaq olmaqla 44 nəfər ölüb.
Məlumata görə, qurudan və havadan edilən hücumlar zamanı Hələbdə 12, Dərada 10, paytaxt Dəməşqdə 6, Həma və İdlibin hərəsində 5, Homsda 4, Dər əz-Zor və Lazkiyədə isə 2 nəfər həyatından olub.
Ölənlər arasında Azad Suriya Ordusunun 15 üzvünün də olduğu bildirilir.