![ABŞ Konqresində İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması dəstəklənib ABŞ Konqresində İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması dəstəklənib](/uploads/posts/2016-11/thumbs/1479269557_0001.jpg)
ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib. Qanun layihəsi təsdiqlənməsi üçün Konqresin yuxarı palatasına – Senata təqdim ediləcək.
Yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir.