Rusiyanın indiki durumdan iki çıxış yolu var
Tarix: 16-11-2016, 09:03 | Çap et
“RBK” portalı Postsənaye cəmiyyətlərinin öyrənilməsi Mərkəzinin direktoru Vladislav Inozemtsev-in Rusiyada korrupsiya və onun fəsadları barədə məqaləsini dərc edib.
Müəllif yazır ki, korrupsiya geniş məfhumdur. Ancaq onun əsas cəhəti qaydaların seçkili tətbiqidir. Yəni, məsələn, sizə bir obyekti tikməyə icazə vermirdilərsə, lazımi adamları "gördükdən" sonra bu icazəni verirlər, yaxud tenderlə bağlanmalı olan dövlət kontraktını şirkətiniz tendersiz alır və s.
Beləliklə, hüquqi və əxlaqi baxımdan vahid sayılan anlayış iqtisadi baxımdan ikiyə parçalanır.
RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA
“Adi rüşvətxorluq” dediyimiz aşağı səviyyəli korrupsiyanın iştirakçıları polis, yerli məmurlar, müfəttişlər və s. dövlət qulluqçularıdır. Onlar topladıqları vəsaiti sonradan maşınlara, qiymətli əşyalara, ev və torpaq sahələrinə, uşaqlarının xaricdəki təhsilinə xərcləyirlər. Araşdırmalar göstərir ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ÜDM-in 3–5%-i məhz bu yolla yenidən paylanır.
Digər tərəfdən, artıq “adi rüşvətxorluq” adlandıra bilməyəcəyimiz irimiqyaslı korrupsiya var. Bu, yüksək rütbəli məmurların analoji hərəkətləridir. Burada mənimsənilən vəsaitlərin miqyası dəfələrlə çoxdur. Üstəlik, bu vəsaitlər və onlarla bağlı fəaliyyət ölkənin sərhədləri xaricinə çıxır. Gəlirlər o qədər böyükdür ki, onları ölkə sərhədləri daxilində yatırmaq təhlükəsiz deyil. «Panama sənədləri», оfşor şirkətlər, xarici hesablar və daşınmaz əmlak da buradan qaynaqlanır. Korrupsiyanın bu növü qat-qat daha təhlükəlidir: o, ölkəni talayır, yoxsullaşdırır və vəsaitlərin mənasız israfına yol açmaqla ən yüksək səviyyədə idarəetmənin məntiqini təhrif edir.
Rusiyanın unikallığı korrupsiyanın miqyasında deyil, korrupsion vəsaitlərin dövriyyəsinin leqal görünməsindədir. Bu zaman qanunlar pozulmur. Çünki bu qanunların özünü də bilərəkdən zənginləşənlərin xeyrinə qəbul edirlər. YUKOS-un işini yadımıza salaq: "Yuqansknefteqaz" şirkətinin üzərində ölkə tarixində ən böyük vergi borcu var idi. Ancaq "Rosneft" bu şirkəti alanda o, məhkəmə qərarından şikayət etdi və qərar ləğv edildi.
RUSİYA QANUNLARI
Rusiya qanunlarına görə, baş nazirin müavini oliqarxa 5 milyon dollar kredit verib beş ildən sonra ondan 119 milyon dollar ala bilər. Qubernatorların qohumlarına məxsus şirkətlər büdcə kontraktlarını qanuni şəkildə alırlar. Bu insanların heç birinə korrupsiya ittihamı irəli sürülmür. Onlar əmindirlər ki, bu qanunidir. Ona görə də Duma heç zaman Konstitusiyanın 20-ci maddəsini (məmurların qeyri-qanuni varlanmasına görə cəzalanmaya dair) təsdiqləməyəcək.
Məmurların xalqın hesabına sistematik və daimi varlanması bu gün Rusiyadakı siyasi rejimin mahiyyətidir. Ona görə də, bu sistemin «boltları» həbs olunduqları zaman haqlı olaraq inciyirlər. O yerdə ki, hakimiyyət demokratiya və hüquqlara fokuslanıb, biz Avropa və Amerika modellərini görürük. O yerdə ki, hökumətin prioriteti texnologiya bazarıdır, biz Çin və neft əmirliklərinin inkişaf yollarını görürük. Rusiyada isə hakim dairələrin əsas məqsədi şəxsi varlanmadır. Ona görə də, ölkədə hər hansı inkişaf nəzərə çarpmır.
BƏS BU SİSTEMİN SONU NƏ ZAMAN ÇATACAQ?
Rusiyada yaradılmış sistem iki cəhəti ilə seçilir. Birincisi, o, heç bir yeni məhsul, yaxud xidmət istehsal etmir və dünyaya heç bir innovasiya təklif etmir. O, renta gəlirlərinin daimi axını hesabına yaşayır. Bu gəlirlərsə dayanmadan artmalıdır. Müəyyən vaxta qədər onlar doğrudan da artıb: 2000-2004-cü illərdə neft satışından gəlir 1999-cu illə müqayisədə ildə 33,5 milyard dollardan artıq idi. 2005–2008-ci illərdə bu göstərici ildə 223,6 milyard , 2011–2013-cü illərdə isə ildə 394 milyard dollar idi. Ancaq bu artım dayananda sistem onu nə ilə əvəzləyəcəyini bilmir. Bu gün təbii ehtiyatlardan gələn gəlirlərin xərclənməsindən başqa heç bir yeni çıxış yolu təklif olunmayıb. Ehtiyatlar bitəndən sonra hakimiyyətin fantaziyasını görmək maraqlı olardı. Ancaq həm də hökumət vətəndaşların gəlirlərini və sosial proqramları məhdudlaşdırmağa cəsarət etmir. Onların fikrincə, nə qədər ki, pul var, "xalqın susqunluğunu" təmin etmək gərəkir.
İkincisi isə, ölkənin iqtisadi sisteminin qeyri-effektivliyidir. Ölkənin sərvətlərinə "çıxış" və imkanları birbaşa ölkənin rəhbərliyinə "sədaqət" prinsipi ilə düz mütənasib idi. Özü də, sədaqət meyarları müəyyən edilirdi, ancaq mənimsənilən vəsaitlərin həcmi yox. Sonucda, mənimsənilən hissənin həcmi dayanmadan böyüyür, bəzi hallarda hətta 50%-ə çatırdı. Maraqlıdır ki, 2013-cü ildə yol tikintisinin dəfələrlə maliyyələşdirilməsinə baxmayaraq, ölkədə 2000-ci ildəkindən 2,5 dəfə az yeni yol çəkilib. Ancaq Moskva küçələrinin daş döşəməsini son illərdə üç dəfə dəyişiblər. Hələlik, hakimiyyətlə xalq arasında «ictimai saziş» mövcud sistemi dəstəkləyir.
ÖZÜNÜMƏHVİN QARŞISINI ALMAQ
Başqa sözlə, bütün digər norma və prinsipləri rədd edərək, məmur elitanın hər cür varlanmasını özünün əsas prinsipinə çevirmiş sistem bu gün maraqlı vəziyyətlə üz-üzədir: həmin varlanma dövlət və xalqın qarşısındakı hər hansı vacib məsələlərin həlli imkanını çıxdaş edir. Müəllif hesab edir ki, son aylarda gördüyümüz «korrupsiya» işləri təkcə sistemin daxilindəki fərqli klanlar arasında mübarizə deyil, həm də özünüməhvin qarşısını almaq cəhdidir. Ola bilsin ki, prezident və ətrafı hələ də vicdanlı bürokratların («texnokratların») talançıları hakimiyyətdən sıxışdırıb çıxaracağına inanır. Siyasi və inzibati elitanın daxilində kiçilməkdə olan «piroqun» bölünməsi uğrunda mübarizə kəskinləşəcək. Özü də bu müddətdə dövlətin get-gedə daha çox vəzifəsi yerinə yetirilməmiş qalacaq. Sistemin bunun öhdəsindən gəlib-gəlməyəcəyi isə bəlli deyil.
Yaranmış durumdan iki çıxış yolu var: Birincisi, imperiya iddialarından əl çəkərək Rusiyanı normal ölkə saymaq və sakitcə onun sərvətlərini talamağa davam etməkdir. Bu zaman sistemin ömrü xeyli uzana bilər. Bir də, əksinə, bütün dünyaya qarşı xəyali müharibəyə atılmaq, virtual layihələrə ayrılan real pulları bu yolda xərcləyib bitirmək, axırda da "qazanılmış" milyardların yatırıldığı yerlərə köçüb gözdən itmək olar. Ancaq hansı ssenarinin reallaşacağını bilmirik. Çünki Rusiyada yaranmış bu qrotesk sistem son yarım əsrdə inkişaf etmiş ölkələrin heç birində mövcud olmayıb. Ona görə də bizə, sadəcə, bu eksperimentin nə ilə bitəcəyini gözləmək qalır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23 |
|
|
|
• Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18 |
|
|
|
• Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15 |
|
|
|
• Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08 |
|
|
|
• Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05 |
|
|
|
• Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01 |
|
|
|
• Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59 |
|
|
|
• Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56 |
|
|
|
• Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53 |
|
|
|
• “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50 |
|
|
|
• Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48 |
|
|
|
• "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12 |
|
|
|
• Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11 |
|
|
|
• Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09 |
|
|
|
• Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07 |
|
|
|
• Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01 |
|
|
|
• Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59 |
|
|
|
• Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02 |
|
|
|
|