![Qorbaçov keçmiş SSRİ sərhədləri daxilində yeni "İttifaq"ın yarana biləcəyini istisna etmir Qorbaçov keçmiş SSRİ sərhədləri daxilində yeni "İttifaq"ın yarana biləcəyini istisna etmir](/uploads/posts/2016-12/thumbs/1481602019_0001.jpg)
SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov keçmiş Sovet İttifaqının sərhədləri daxilində yeni "Birliy"in yarana biləcəyini mümkün hesab edir.
"Report" xəbər verir ki, bunu o, SSRİ-nin dağılmasının 25 illiyi ilə bağlı TASS-a verdiyi müsahibəsində bildirib.
Qorbaçov "Sovet İttifaqının bərpası mümkündürmü?" sualına belə cavab verib:
"Sovet İttifaqı - xeyir, amma İttifaq - bəli. Əvvəlki sərhədlər daxilində və həmin tərkibdə, könüllü olaraq … Mən hesab edirəm ki, yeni İttifaq mümkündür".