![Qazaxıstanda Putin-i tənqid edənə 3 il verilib Qazaxıstanda Putin-i tənqid edənə 3 il verilib](/uploads/posts/2016-12/thumbs/1482989641_0001.jpg)
Qazaxıstanda internetdə V.Putin-ə qarşı status yazmış şəxsə 3 illik cəza verilib.
İşadamı Sanat Dosov Facebook-da yazdığı statuslarına görə mühakimə olunub. 2014-cü ildən bu yana yazdığı şərhlərdə o, V.Putin-in Rusiyanı dağıtdığını deyib, onun sosial siyasətini tənqid edib, Ukraynanın şərqində münaqişələrə görə Rusiyanı pisləyib.
Prokurorlar bu cür şərhlərin qanunu pozduğunu, «sosial ixtilaf» yaratdığını deyiblər. Aktobe şəhər Məhkəməsinin qərarına əsasən, S.Dosov 3 illiyinə islahedici əmək koloniyasına göndərilib.
46 yaşlı S.Dosov Qazaxıstanda «İhtiyar» adlı vətəndaş qrupunun sədridir. O, tənqidi şərhləri yazdığını etiraf edib. 6 uşağı olduğundan həbsə göndərilmək istəmədiyini söyləyib.