![Daha bir iranlı general Suriyada öldürüldü Daha bir iranlı general Suriyada öldürüldü](/uploads/posts/2017-01/thumbs/1483337462_0001.jpg)
İran İslam İnqilabi Keşikçiləri Korpusunun generalı Qulam Əli Xəlizadə Suriyada hərbi əməliyyatlar zamanı öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Fars Xəbər Agentliyi” məlumat yayıb.
1980-1988-ci illərdə İran-İraq müharibəsinin iştirakçısı olan Xəlizadənin müxalif qruplaşmalar tərəfindən qətlə yetirildiyi bildirilib.
Bəzi informasiyalarda generalın paytaxt Dəməşq yaxınlığında Barada vadisində öldürüldüyü qeyd edilir.