![Tramp Putinlə söhbət etmək niyyətindədir Tramp Putinlə söhbət etmək niyyətindədir](/uploads/posts/2017-01/thumbs/1485491000_0001.jpg)
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə söhbət etmək niyyətindədir.
Trend-in "Fox News"a istinadən verdiyi məlumata görə, bu barədə Tramp telekanala müsahibəsində deyib.
D.Trampın sözlərinə görə, Vladimir Putin ona seçkilərdə qalib gəldikdən sonra zəng edib: "Bizdə hələ müzakirələr olmayıb, amma men bildiyimə görə tezliklə olacaq".
Qeyd edək ki, ilk danışıqlarda dövlət başçıları dövlətlərarası münasibətlər qurmaq barədə razılığa gəliblər.