
Suriyalı üsyançılar şərqi Qutada bir şəhəri avtobuslarla tərk edərək onu Suriya ordusuna təslim ediblər. Bu, Rusiyanın vasitəçilik etdiyi evakuasiya sazişi çərçivəsində mümkün olub.
Ahrar al-Sham qruplaşması ordunun şərtlərini qəbul edərək martın 22-də Harasta şəhərindən çıxıb. Beləliklə, hökumət 2016-cı il Hələb döyüşlərindən bəri üsyançılar üzərində ən böyük qələbələrindən birinə doğru yol almış olur.
Harastadan 30-dək avtobus üsyançılar və onların ailələri ilə birlikdə çıxıb. Suriya dövlət mediası avtobuslarda 413-ü döyüşçülər olmaqla, 1580 nəfərin olduğunu xəbərləyib. Onların ölkənin şimal-qərbinə salamat keçməsinə icazə verilib.
Suriya prezidenti Bashar al-Assad-ın müttəfiqi Hizballah-ın idarə etdiyi hərbi media orqanının yazmasına görə, 1500 döyüşçü və 6 min ailə üzvü şəhərdən çıxmağa razılaşıb.
Ordunun şərqi Qutaya hücum əməliyyatlarında 1500 nəfərdən çox adam öldürülüb.