
Bir müddət əvvəl PKK terror qruplaşmasının İraqın Sincar bölgəsindən çəkilməsi ilə bağlı yayılan xəbərlərin dünya ictimaiyyətini aldatmaq, gözündən pərdə asmaq məqsədi daşıdığı iddia edilib.
Axar.az Yeniakit.com.tr-yə istinadən xəbər verir ki, PKK-nın məqsədi terrorçuların kiçik bir qisminin bölgədən çıxarılmasına nail olmaq və YBŞ adlanan əsas hissənin orada qalmasını təmin etməkdir.
Suriyadakı YPG-nin bənzəri olan YBŞ bununla Türkiyənin İraqa (Sincar) İŞİD-i qorumaq məqsədi ilə daxil olacağı ilə bağlı təbliğat aparacaq.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ordunun Sincarı PKK-dan təmizləməyə hazır olduğunu açıqlamışdı.
Bundan sonra PKK Sincarı tərk etməsi ilə bağlı məlumat yayıldı.