
ABŞ prezidenti Donald Tramp və onun fransalı həmkarı Emmanuel Makronla arasında keçirilmiş telefon danışığı zamanı Suriyada böhranın nizamlanması üçün Türkiyə ilə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi qeyd olunur.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Ağ Evin məlumatına görə, tərəflər həmçinin ABŞ-Aİ arasında ticarət əlaqələrini və Çinin “ədalətsiz” ticarət siyasətinə qarşı atıla biləcək birgə addımları müzakirə ediblər