
Bizim qonşumuz ABŞ deyil, Rusiyadır və Ankara öz tarixi qonşuları ilə münasibətləri yaxşılaşdırmağa borcludur.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir qeyd edib ki, Türkiyə və Rusiya mühüm strateji, siyasi və iqtisadi tərəfdaşdırlar:
"Ankara və Moskva Suriyada böhranın nizamlanması ilə məşğuldurlar. Birləşmiş Ştatların Türkiyədən Rusiya ilə münasibətləri dayandırmağı tələb etməyə haqqı yoxdur".
Türkiyə-ABŞ münasibətlərini şərh edən B.Yıldırım bildirib ki, Ankara və Vaşinqton arasında bir sıra problemlərin mövcud olduğu sirr deyil. Onlardan biri ABŞ-ın FETÖ terror təşkilatının lideri Fəthullah Gülənə dəstək verməsidir.