
Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) ölkədə fövqəladə vəziyyətin müddətini uzatmağa çağırıb.
Trend-in məlumatına görə, MHP bunu ölkədə hələ də Gülən hərəkatı və PKK ilə bağlı təhlükənin qalması ilə izah edib.
Qeyd edək ki, son dəfə uzadılan fövqəladə vəziyyət bu il iyulun 19-da bitməlidir.
Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı il iyulunda dövlət çevrilişə cəhddən sonra tətbiq edilib.