
ABŞ-da son 24 saat ərzində 2 minə yaxın insan koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib, 26 889 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
“Report”un məlumatına görə, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Qeyd olunub ki, bir gündə Amerikada 1 997 pandemiyanın qurbanı olub. Bununla da yeni növ koronavirusdan ölənlərin sayı 40,6 mini ötüb.
Koronavirus daşıyıcısı olan şəxslərin sayı 759 minə çatıb, 70 minə yaxın ölkə vətəndaşı müalicə alaraq sağalıb.