
ABŞ mütəxəssisləri, çox güman ki, bu ilin sonunadək yeni növ koronavirusa qarşı vaksin hazırlayacaqlar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Fox News" telekanalının efirində ABŞ prezidenti Donald Tramp deyib.
D.Tramp bildirib: "Biz ilin sonuna qədər koronavirusa qarşı vaksinimizin olacağına tam əminik. Biz bunun üzərində fəal işləyirik".
Qeyd edək ki, ABŞ-ın Con Hopkins Universitetinin hesabatına əsasən, ABŞ-da yeni növ koronavirusa 1 156 924 yoluxma halı, 67 451 ölüm halı qeydə alınıb.