
Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Worldometers” portalı xəbər yayıb.
Dünya üzrə COVİD-19-dan ölənlərin sayı 1 milyon 6 min 381 nəfər təşkil edir. Sağalanların sayı isə 244 min 765 min nəfərdir.
Yoluxma sayına görə ilk yerləri Amerika Birləşmiş Ştatları, Hindistan, Braziliya və Rusiya tutur.