
“Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda atəşkəs çağırışı edirlər. Yaxşı, atəşkəs olsun, amma beynəlxalq təşkilatlar Ermənistana Azərbaycan torpaqlarından çıx deyir? Demir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir.