
“Ermənistanın qarşısında daha 90-cı illərin Azərbaycanı yoxdur. Azərbaycan iqtisadi baxımdan da, hərbi baxımdan da hazırda qüdrətli bir ölkədir”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop deyib.
O, Dağlıq Qarabağı işğaldan azad etmək üçün Azərbaycanın xüsusi bir dəstəyə ehtiyacı olmadığını qeyd edib.