Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü .....                     MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                 

Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar – ABŞ Rusiya ilə cəbhə xəttini Qara dənizə çəkir?
Tarix: 6-11-2021, 09:26 | Çap et
Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar
Amerikanın respublikaçı konqresmenləri Mayk Rocers və Mayk Turner noyabrın 5-də ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi yardım göstərməyə və döyüş gəmilərini Qara dənizə göndərməyə çağırıblar.

Ovqat.com-un məlumatına görə, konqresmenlər ABŞ prezidentinə yazdıqları məktubla bu tələblərini irəli sürüblər.

ABŞ-ın həftəlik “Defense News” nəşrində dərc olunan məktubda bildirilir:

"Rusiya qoşunlarının bu yaxınlarda Ukrayna sərhədində cəmləşməsi ilə əlaqədar biz sizin administrasiyanı kəşfiyyat və silah sahəsində Ukraynaya dəstək vermək üçün dərhal və təcili tədbirlər görməyə çağırırıq".

Məktubda bildirilir ki, Bayden Administrasiyası Rusiyanın beynəlxalq hüquq və ərazi suverenliyinə davam etməkdə olan təcavüzünü göz ardı edə bilməz: "Bundan əlavə, biz təcili olaraq ABŞ-ın regionda lazımi hərbi mövcudluğu və mövqeyi məsələsini nəzərdən keçirməyə və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün ABŞ-Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi üzrə müvafiq tədbirlərə başlamağa çağırırıq".

Məktub Ukrayna Müdafiə Nazirliyinin çərşənbə günü Rusiya qoşunlarının sərhədə qoşun yığması ilə bağlı yaydığı bəyanatından sonra yazılıb. Nəzərə alsaq ki, müəlliflər - Rocers və Turner müvafiq olaraq Nümayəndələr Palatasının Silahlı Qüvvələri Komitəsinin və Strateji Qüvvələr üzrə Alt Komitənin yüksək vəzifəli üzvləridir, onların altına imza atdıqları məktubun dəyəri daha artır.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin məlum bəyanatında Rusiyanın Donbass sərhədinə 90 mindən çox hərbçi və minlərlə hərbi texnika topladığı bildirilirdi. Məlumata zirehli döyüş texnikalarının, tankların və özüyeriyən artilleriyanın qurğularının peyk şəkilləri də əlavə olunmuşdu. "Rusiya regionda gərginliyi davam etdirmək və qonşu ölkələrə siyasi təzyiq göstərmək üçün vaxtaşırı hərbi təhdidlərini genişləndirib və genişləndirməyə davam edir", - deyə nazirliyin məlumatında bildirilirdi.

Müəlliflər xatırladırlar ki, ötən həftə Ukrayna və Rumıniya rəsmiləri də Qərb tərəfdaşlarını Rusiyanın bölgədəki militarizasiya siyasətinə qarşı durmaq üçün Qara dənizdə hərbi iştirakını gücləndirməyə çağırmışdılar. Ukrayna Vaşinqtonu Baltik dənizində olduğu kimi Qara dənizdə də NATO qüvvələrini yerləşdirməyə və region dövlətlərini dəstəkləməyə səsləmiş, bu batalyonun çoxmillətli döyüş qruplarından təşəkkül tapacaq miqyasda olmasını istəmişdi. ABŞ konqresmenlərinin Co Baydenə məktubları bu çağırışdan sonra qələmə alınıb.

Rocers və Turner məktubda vurğulayırlar ki, Rusiya təcavüzkar davranışını və ritorikasını gücləndirib, həm öz hərbi modernləşdirilməsini, həm də Ukraynanın NATO-ya daxil olmaq iddialarını tənqid edir. "Rusiyanın niyyətləri qeyri-müəyyən olsa da, onun 1-ci elit qvardiyasının tank birliklərini Ukrayna sərhədlərinə toplaması bu ölkəyə əlavə hərbi müdaxilə planlaşdırması ilə bağlı narahatlıqlara əsas verir", - deyə Rocers və Turner bildirirlər.

Məktubda həmçinin qeyd olunur ki, Bayden Administrasiyası keçən yay hərbi yardıma 60 milyon dollar ayırandan sonra Rusiyanın bölgədəki hərbi fəallığı artıb. Konqresmenlər Bayden administrasiyanı "Rusiyanın yeni işğalının qarşısının alınması və təcavüzünün dəf olunması" üçün Ukraynaya hərbi yardımı artırmağa çağırıblar.

Ötən ay ABŞ müdafiə naziri Lloyd Ostinin Qara dəniz ölkələrinə səfəri çərçivəsində Ukrayna və Gürcüstana səfər etdiyi vurğulanan məktubun sonunda təəssüflə bildirilir: “Brüsseldə NATO-nun baş qərargahında başa çatan səfər zamanı nə Austin, nə də NATO-nun baş katibi Yens Stoltenberq Qara dənizdə hər hansı qüvvənin artırılması planlarını açıqlamadılar”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi də Pentaqonun Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının fəaliyyətini diqqətlə izlədiyini bildirmişdi.

Nümayəndələr Palatası üzvlərinin ABŞ-ı israrlı şəkildə Qara dənizə hərbi gəmilərini göndərməsini və Ukraynaya dəstək verilməsini tələb etmələri fonunda Ukrayna ətrafında baş verən hadisələrə nəzər salanda əslində Ağ evdən tələb olunan proseslərin artıq başladığını görə bilərik. Məlum olduğu kimi, bir müddət əvvəl Ukraynanın Donbassdakı separatçı qüvvələrə “nəbz yoxlaması” xarakterli zərbələr endirməsindən sonra Kiyevlə Moskva arasında ziddiyyətlər böyümüşdü. Moskvanın etiraz bəyanatlarından sonra ABŞ-ın 6-cı donanmasının flaqman gəmisi qərargahı ilə birlikdə Qara dənizə daxil olmuşdu. Donanmanın bu addımın səbəbi ilə bağlı yaydığı bəyanat xeyli təhdidkar ruhda idi. Bəyanatda açıq şəkildə vurğulanırdı ki, flaqman gəmisinin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının qərargahının və NATO Hücum və Dəstək Qüvvələrinin (STRIKFORNATO) komandanlığının zabitləri də olacaq. Üstəlik, gəmilərin hansısa hərbi təlim üçün yox, əməliyyat üçün Qara dənizə göndərildiyi bildirilirdi: ““Mount Whitney” və onun üzərində yerləşən qərargah zabitləri NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq və Qara dənizlərdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar”.

Bəyanatda həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Porter” esminetsinin də Qara dənizə göndərildiyini açıqlanır və regiondakı tərəfdaşlarla birgə əməliyyatlara hazırlaşmaqdan bəhs olunurdu: "USS Porter NATO müttəfiqləri və regiondakı tərəfdaşlarımızla birgə əməliyyatlar aparmaq üçün şimala Qara dənizə doğru hərəkətə başlayıb", - deyə vurğulanırdı.

Göründüyü kimi, ABŞ Hərbi Dəniz Komandanlığının 6-cı Donanmasının bu bəyanatı Pentaqonun Rusiya ilə cəbhə xəttini Aralıqdan Qara dənizə çəkmək niyyəti ortaya çıxır. ABŞ Hava Qüvvələrinin xeyli sayda təyyarələrini və digər hərbi texnikalarını Yunanıstan, Bolqarıstan və Rumıniyadakı hərbi bazalarına yerləşdirməsi də bu ehtimalı gücləndirir. Konqresmenlərin Co Baydenə yazdıqları məktubda da Ukraynanı dəstəkləmək üçün Qara dənizə hərbi qüvvələr göndərilməsi tələb olunur. Məsələlərə bu kontekstdə nəzər salanda belə bir nəticə hasil olur: ABŞ cəbhə xəttini Qara dənizə “sürüşdürmək” planına hüquqi zəmin hazırlamaq üçün konqresmenlərin gücündən istifadə etməyə çalışır.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Bu gün, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Bu gün, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Bu gün, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Bu gün, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Bu gün, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru