Bayden Şərqi Avropa və Baltik ölkələrinə əsgər göndərə bilər - “The New York Times”
Tarix: 24-01-2022, 14:57 | Çap et
![Bayden Şərqi Avropa və Baltik ölkələrinə əsgər göndərə bilər Bayden Şərqi Avropa və Baltik ölkələrinə əsgər göndərə bilər](/uploads/posts/2022-01/1643021793_0001.jpg) DİA.AZ: - ABŞ Prezidenti Co Bayden Baltik regionu və Şərqi Avropadakı NATO müttəfiqlərinə minlərlə əsgər, eləcə də hərbi gəmi və təyyarə göndərməyi nəzərdən keçirir. DİA.AZ xəbər verir ki, bu haqda “The New York Times” qəzeti administrasiya rəsmilərinə istinadla yazır.
Qəzet belə bir addımın Rusiyanı təcavüzə təhrik edəcəyindən çəkinərək Ukrayna ilə bağlı indiyədək təmkinli mövqe tutmuş Bayden administrasiyası üçün dönüş nöqtəsi olacağını yazır.
Rusiyanın Ukrayna ilə sərhədə əsgər cəmlədiyi və Qərblə Rusiya arasında danışıqların nəticə vermədiyi bir dönəmdə administrasiya “təhrik etməmək strategiyası”ndan geri çəkilir, qəzet yazır.
Məqalədə deyilir ki, şənbə günü prezidentin Merilenddəki Kemp Deyvid iqamətgahında görüş zamanı Pentaqonun aparıcı rəsmiləri Baydenə Amerika əsgərlərinin yerləşdirilməsi üçün bir neçə variant təklif ediblər. Təkliflərdə Şərqi Avropa ölkələrinə 1000-5000 əsgər yerləşdirmək, vəziyyət pisləşərsə, sayı on dəfə artırmaq nəzərdə tutulur.
Qəzetə adlarının çəkilməməsi şərtilə danışan rəsmilərin sözlərinə görə, Bayden bu həftənin əvvəlində qərar verə bilər.
Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox əsgər yığdığı bildirilir. Şənbə günü Britaniya Moskvanı Ukraynada rusiyapərəst lideri rəhbər gətirmək planları hazırlamaqda ittiham edib.
Bayden ötən yay Amerika əsgərlərini 20 ildən sonra Əfqanıstandan çıxarıb və ölkəni başqa bir münaqişəyə çəkməyə meylli olmadığını deyib.
Amma Bayden rəsmiləri son vaxtlar xəbərdarlıq ediblər ki, Putin Ukraynaya təcavüzə başlarsa, Kiyevə dəstək verəcəklər.
Qəzet yazır ki, NATO-nun Estoniya, Latviya və Litvanın daxil olduğu şərq cinahına Amerika əsgərlərinin yerləşdirilməsi Rusiya Prezidenti Vladimir Putinin arzulamadığı ssenaridir. Moskva Qərbdən təhlükəsizlik qarantiyaları, özəlliklə NATO-dan şərqə doğru genişlənməni dayandırmağı tələb edir.
Bu arada ABŞ Kiyevdəki səfirlik işçilərinin qohumlarına ölkədən çıxmaq göstərişi verib.
“Aydındır ki, bu, Rusiyanın Belarusa, NATO ilə sərhədə qəfil qüvvələr yerləşdirməsinə cavabdır”, – Obama administrasiyası dövründə Pentaqonun Rusiya və Ukrayna üzrə əsas rəsmisi olmuş Evelin Farkas deyib.
“NATO bu siyasi kontekstdə qəfil hərbi gedişə cavab verməyə bilməzdi. Kreml anlamalıdır ki, qüvvə yerləşdirməklə vəziyyəti gərginləşdirirlər və özləri daxil, bütün tərəflər üçün təhlükəni artırırlar”, – o vurğulayıb.
Polşa müdafiə nazirliyinin məlumatına görə, hazırda ölkədə 4 minədək ABŞ əsgəri və min NATO əsgəri var. Baltik ölkələrində isə 4 minədək NATO əsgəri var.
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Çaxırlıda bələdiyyə sədri istədiyini edirsə... - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• Sərhədlə bağlı məlumat yayıldı, İrəvan dərhal təkzib etdi - NƏ BAŞ VERİR?
Bu gün, 08:27 |
|
|
|
• Ermənistan təhlükədədir: ərazinin 60%-ni verməliyik - Çalabyan
Bu gün, 08:25 |
|
|
|
• Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12 |
|
|
|
• SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06 |
|
|
|
• Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02 |
|
|
|
• “Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44 |
|
|
|
• Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38 |
|
|
|
• "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36 |
|
|
|
• Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31 |
|
|
|
• Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28 |
|
|
|
• ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25 |
|
|
|
• "Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29 |
|
|
|
• Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19 |
|
|
|
• Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06 |
|
|
|
• Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02 |
|
|
|
• “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45 |
|
|
|
• “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25 |
|
|
|
• “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35 |
|
|
|
|