Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır .....                     DSMF qanunları NECƏ RAM EDİR... .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: .....                     Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var .....                     Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? .....                     Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı .....                     Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri .....                     Məktəb direktoru ÖZBAŞINA QALIB... .....                     Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? .....                     "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" .....                     “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” .....                     Günahın etirafı: cinayətə qarşı sükut... .....                     Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb .....                     TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? .....                     İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı .....                     Təyyarə qəzası: Əliyev tələbində haqlıdır .....                     Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB .....                     Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI .....                     "Kremldə çevriliş mümkündürmü?" .....                     Bəhruz Məmmədov niyə “minaya” düşdü? .....                     Üç polkovnikə vəzifə verildi .....                     Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü .....                     "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" .....                     Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq .....                     Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır .....                     Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ .....                     "Gündə bir adam axtarım?" .....                     Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                 

“Dünyada ikinci bir millət tapılmaz ki, bu fəlakəti almanlar kimi dərk etsin” - HƏQİQƏTƏN DƏ...
Tarix: 19-05-2022, 15:26 | Çap et
“Dünyada ikinci bir millət tapılmaz ki, bu fəlakəti almanlar kimi dərk etsin”
Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov AYNA-ya müsahibəsində Ukrayna müharibəsi, bu müharibənin Avropaya təsirləri, mövcud vəziyyət və gözləntilər barədə fikirlərini bölüşüb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ilk vaxtlarında Fransa və Almaniya daha çox neytrallıq göstərirdi. Lakin sonradan hər iki ölkə Rusiyaya qarşı sərt sanksiyalara qoşuldu. Parisi və Berlini belə dönüş etməyə sürükləyən səbəblər nədir?

- Hələ Ukrayna müharibəsi başlamamışdan əvvəl alman mətbuatında belə bir ifadə yer almışdı: “Rəsmi Berlin bir tərəfdən Rusiyanı məhvedici potensialı olan təhlükəli bir qüvvə olaraq görür, digər tərəfdən isə Avropanın təhlükəsizliyinin Rusiyaya qarşı deyil, Rusiya ilə birlikdə təmin olunacağını düşünür”. Müharibə başlayandan sonra da Almaniyadakı koalisiya hökumətinin ortaq fikri Rusiyaya qarşı Ukraynanı silahlandırmağın əleyhinə idi. Federal hökumət silah yardımının diplomatik həll səylərinə də zərər verəcəyini düşünürdü. Ən mühüm arqumenti də silah tədarükünün Almaniya və NATO-nun müharibə tərəfinə çevrilə biləcəyi və belə bir münaqişənin nüvə müharibəsi ilə nəticələnə biləcəyi qorxusu idi.

Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra Almaniya siyasətinin ana xəttini anti-millitarizm təşkil edir. Prioritet olaraq humanitar yardım olunmasına üstünlük verdilər. Bunun təbii ki, iqtisadi səbəbləri də var. Çünki Almaniya təbii qazın yarısını, neftin isə üçdə birini Rusiyadan alır. Hətta mən Almaniyanın adını xatırlamadığım bir xəbər portalında belə bir cümlə oxumuşdum: “Neft və qaz Almaniyanın “Axilles dabanıdır””.

- Konkret olaraq sizin yaşadığınız Almaniyanın anti-Rusiya cəbhəsinə qoşulmasında cəmiyyətin hökumət üzərində basqısı rol oynadımı?

- Alman cəmiyyətində də Ukraynaya silah verilməsi ilə bağlı fikir ayrılığı var. Almaniyanın ARD kanalının 28 aprel tarixli sorğusunda iştirak edən almanların 45%-i Ukraynaya silah verilməsinin əleyhinə, 45%-i leyhinə, 10%-i isə bitərəf mövqe nümayiş etdirib. Lakin daha sonra keçirilən rəy sorğularında Ukraynaya silah çatdırılmasına tərəfdar olanların 55% təşkil etdiyi görülür. Hökumət təbii ki, cəmiyyətin də fikirlərini nəzərə almaq məcburiyyətindədir.

- Cəmiyyət müharibəyə qarşı niyə tərəddüdlü yanaşma sərgiləyir?

- Müharibənin ilk həftələrində almanlarla bu barədə etdiyim söhbətlərdən belə qənaətə gəlirdim ki, hamı Ukraynanı haqlı tərəf kimi görür, amma əksəriyyət nəticə nə olur olsun, müharibə olmasını istəmir. Sadə insanlar müharibənin törətdiyi humanitar və iqtisadi çətinliklərdən qorxurlar. Adi misal gətirim: Ukraynada müharibə başlayandan sonra Almaniya mağazalarında günəbaxan yağı nadir hallarda tapılır. Olanda da limitlə satılır.

- Problem təkcə iqtisadi faktorlarla əlaqəlidir?

- Almanlarla söhbətlərdən gəldiyim şəxsi qənaətimi də bölüşüm sizinlə. Alman cəmiyyətində Ukraynaya silah verilməsinin əleyhinə olanların sayının kifayət qədər yüksək olmasının şüuraltı bir səbəbi var. Almaniya hər iki dünya müharibəsindən məğlubiyyətlə ayrıldı. İkinci Dünya müharibəsindən sonra almanlara dağılmış, parçalanmış dövlət miras qaldı. Bəlkə də, dünyada ikinci bir millət tapılmaz ki, silahlanmanın necə fəlakətə gətirib çıxaracağını almanlar kimi dərk eləsin.

- Hazırda Almaniya Ukraynaya nə kimi hərbi yardım edir?

- Almaniya aprelin sonunda ABŞ, digər müttəfiqlər və Kiyevin özünün təzyiqi ilə ağır silahların Ukraynaya verilməsi ilə razılaşdı. Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, buna qədər, yəni mart ayının sonuna olan məlumata görə, federal hökumət Ukraynaya 186 milyon avro dəyərində silah təmin olunmasını təsdiqləyib.

- Almaniya iqtisadiyyatının böyük hissəsi Rusiyanın neft-qazından asılıdır. Bu müharibə alman cəmiyyətinin gələcəyə baxışında korrektələr edirmi? Məsələn, “niyə biz bir ölkədən bu qədər asılı olmalıyıq” kimi...

- Almaniya İqtisadi Araşdırmalar İnstitutu (DIW) Almaniyanın qısa müddətdə Rusiya qazından asılılığı azaltmağa dair ssenarilər hazırlayıb. Digər ölkələrdən qaz tədarük etmək və enerji tələbatının 19-26 faizi həcmində qısamüddətli qənaət etmək kimi. Üstəlik hökumət də müştərilərə və şirkətlərə təbii qazdan istifadədə qənaət etmək çağrışı edib. Buna baxmayaraq Rusiya qazından imtinanın Almaniya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi deyilir. Hətta mətbuatda ölkənin ümumdaxili məhsulunun 6 faizə qədər azala biləcəyi fikirləri yer alır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16
Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11
Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07
Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05
Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30
Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21
"Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16
“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12
Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06
Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01
İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40
Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38
Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29
Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24
"Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47
Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41
Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33
"Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29
Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43
Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40
"Gündə bir adam axtarım?"
Dünən, 19:33
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru