Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Tokayevdən radikal seçim: qanlı “qazax qışı” yaxınlaşır - GƏLİŞMƏ
Tarix: 9-09-2022, 10:57 | Çap et
Tokayevdən radikal seçim: qanlı “qazax qışı” yaxınlaşır
Payızda Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə kampaniyada iştirak edəcək hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev məlumat verib. Bu halda qalib ikinci müddətə namizəd olmaq hüququ olmadan yeddi il respublikaya rəhbərlik edəcək.

Tokayevin çıxışı əhali üçün çox gözlənilməz olub. Prezidentin səlahiyyətləri yalnız iki ildən sonra başa çatır və ondan əvvəl yeni seçki prosesinin eyhamları yox idi.

“Mənim üçün dövlətin maraqları hər şeydən üstündür. Ona görə də müddəti qısaldıb növbədənkənar seçkilərə getməyə hazıram”, - deyə Qazaxıstan rəhbəri parlamentdəçı çıxışında bildirib.

Amma ən əsası başqadır: səlahiyyət müddəti 5 ildən 7 ilədək artırılacaq və eyni zamanda təkrar seçilməyə qadağa qoyulacaq.

Bununla Qazaxıstan postsovet məkanında bir müddətə məhdudiyyət tətbiq edən ilk ölkə olacaq.

“Yeddi il istənilən iddialı proqramın həyata keçirilməsi üçün kifayət qədər müddətdir. Digər tərəfdən, Prezident mandatının bir müddətlə məhdudlaşdırılması dövlət başçısının milli inkişafın strateji vəzifələrinin həllinə maksimum diqqətini təmin edəcək. Həyat dayanmır, qlobal proseslərin dinamikası və ölkə daxilində sosial inkişaf hər gün sürətlənir”, - deyə Tokayev vurğulayıb.

Bundan əlavə, gələn ilin birinci yarısında Qazaxıstanda yeni hökumət formalaşacaq.

Xatırladaq ki, ötən ilin yanvarında Qazaxıstanda “Qanlı Yanvar” kimi tarixə düşən kütləvi etiraz aksiyaları keçirilib. Və bu gün çoxları düşünür ki, Qazaxıstan liderini növbədənkənar seçkilər keçirməyə məhz bu hadisələr vadar edib. Tokayev dövlət başçısı kimi özünün legitimliyini bir daha təsdiqlətmək istəyir.

Deməli, Tokayev namizədliyini irəli sürəcək və onun Qazaxıstanda reytinqi indi elədir ki, böyük ehtimalla, bu seçkilərdə qalib gələcək. Maraqlıdır, bunun məqsədi nədir? Tokayevin növbəti 7 il üçün planları nədir? Tez-tez belə fikirlər səslənir ki, bu şəxs Qazaxıstanın siyasi sistemində müəyyən dəyişikliklər, bəzi islahatlar planlaşdırır. DİA.AZ xəbər verir ki, AYNA mövzunu regionun tanınmış ekspertləri ilə müzakirə edib.

Qazaxıstanlı siyasi analitik Kazbek Beysebayev:

“İlk növbədə qeyd etmək lazımdır ki, Qazaxıstanda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Birincisi bu ilin payızında, ikincisi isə gələn ilin birinci yarısında keçiriləcək.

Parlament seçkiləri ilə vəziyyəti başa düşmək və izah etmək olar. Parlament seçkilərimiz bu yaxınlarda - 2021-ci ilin yanvarında keçirildi, o zaman ilk Prezident Nazarbayev hakimiyyətin cilovunu əlində tuturdu. Xatırladım ki, o, həmin vaxt Təhlükəsizlik Şurasının sədri və hakim “Nur Otan” partiyasının lideri olub. Yəni bugünkü parlamentdə Nazarbayevin adamları oturub.

Ona görə də elan edilən islahatları həyata keçirmək üçün Prezident Tokayevin tərəfdarlarının olacağı, lazımi qanunları qəbul edəcəyi yeni parlamentə ehtiyacı var. Ekspert cameəsi uzun müddətdir ki, parlamentin yenilənməsi zərurətindən danışır, yəni növbədənkənar parlament seçkiləri gözlənilirdi.

Ancaq növbədənkənar prezident seçkiləri ilə bağlı suallar çoxdur. Tokayev növbədənkənar prezident seçkilərinin elan edilməsini islahatlar üçün etimad mandatının əldə edilməsinin zəruriliyi ilə izah edib. Amma fakt odur ki, o, bu etimad mandatını yayın əvvəlində Konstitusiya ilə bağlı referendum keçirildikdən sonra artıq alıb. Daha sonra referendumun nəticələrinə əsasən, Əsas Qanundan birinci Prezidentin adı çıxarılıb və Qazaxıstanda mövcud olan super-prezident idarəetmə forması saxlanılıb, yəni bütün prezident səlahiyyətləri Tokayevdə saxlanılıb.

Bu barədə referendumdan sonra hakimiyyət nümayəndələrinin özləri, politoloqlar, ekspertlər danışıblar. Beləliklə, Tokayevin növbədənkənar prezident seçkilərində iştirakına ehtiyac yox idi.

Bəzi ekspertlər hesab edirlər ki, hakimiyyət ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsini nəzərə alıb və risklərdən yayınmaq üçün fəal olmağa qərar verib. Onlar da hesab edirlər ki, prezident seçkilərinə il yarım qalmış xalqın narazılığı pik həddə çata bilər və bu səbəbdən seçkiləri daha tez keçirib, onların yeni müddətə hakimiyyətdə olmasını təmin etmək daha yaxşıdır. Bu amil 7 illik yeni müddətin tətbiqini izah edə bilər. Bundan əlavə, müxalifətin qısa müddətdə bu seçkilərə vahid namizəd irəli sürməsi çox çətin olacaq.

Digər tərəfdən, Tokayev növbədənkənar seçkilər elan etməklə böyük riskə gedir. Son prezident seçkilərində müxalifətin namizədi yaxşı səs toplayıb və bəzi məlumatlara görə, ikinci tur keçirilə bilərdi. Sonra hamı üçün gözlənilmədən, hətta səslər hesablanmamış bu namizəd öz məğlubiyyətini etiraf etdi. Bir daha xatırladıram ki, o zaman hər şey Nazarbayevin nəzarətində idi və istənilən halda hakimiyyət qalib gəlirdi.

Bu gün Qazaxıstanda yanvar hadisələrindən sonra vəziyyət fərqlidir. Nazarbayev və onun adamları hakimiyyəti tərk edib və ona görə də seçkiləri köhnə nümunələrlə keçirmək çox çətin olacaq.

Əgər müxalifət vahid namizəd irəli sürməyi bacarsa və ötən dəfə olduğu kimi seçkilərin müşahidəsini təşkil etsə, o zaman iqtidar üçün sürprizlər ola bilər.

Bundan əlavə, Tokayev islahatlardan çox danışır, lakin hələlik konkret qərarlar yoxdur. Məsələn, Tokayev partiyaların qeydiyyatı prosedurunu sadələşdirəcəyini vəd edib, lakin indiyədək heç bir iş görülməyib və Qazaxıstanda hələ də yeni partiyalar yaranmayıb. Ona görə də bu prezident seçkiləri Tokayev üçün böyük risklər daşıyır”.

Mərkəzi Asiya üzrə ekspert, Ukrayna Ordu Tədqiqatları, Konversiya və Silahsızlanma Mərkəzinin Asiya-Sakit Okean regionu bölməsinin rəhbəri Yuri Poyta:

“Burada yeni heç nə yoxdur. Qazaxıstanda növbədənkənar seçkilərin keçirilməsinə cəhdlər ənənəvi siyasətdir. Xatırladım ki, 2005, 2011, 2015-ci illərdə Nazarbayev də növbədənkənar prezident seçkiləri elan edib və qalib gəlib. Və 7 illik səlahiyyət müddətinə keçid 2005-ci ildə tətbiq olundu, sonra yenidən 5 illik müddətə qayıdış oldu - namizədlər üçün qeyri-məhdud sayda seçilmək cəhdi ilə.

Bütün bu dəyişikliklərin, o cümlədən konstitusiya dəyişikliklərinin məqsədi təbii ki, mövcud siyasi rejimin gücünü və sabitliyini gücləndirməkdir. Bu məqsədin həyata keçirilməsinə kömək edəcək ən optimal, əlverişli model seçilir. Prezidentin mesajına baxsaq, prinsipcə, onda yeni heç nə yoxdur. Yəni həmişə hansısa məqsədlərdən danışırlar, əslində isə heç vaxt əldə olunan nəticələrdən danışmırlar.

Bu, siyasi texnologiya konstruksiyasına bənzəyir, onun əsas vəzifəsi daxili auditoriyada Prezident Tokayevin həqiqətən də siyasi islahatlara ehtiyacı olduğu fikrinə çatdırmaqdır və növbədənkənar seçkilər və prezidentlik müddətinin artırılması da məhz buna xidmət edir.

Cəmiyyətdə böyük tələbat olan ideoloji konstruksiyalardan istifadə edilir. Məsələn, Qazaxıstanda yeni bazarların qurulması, iqtisadiyyatın strukturunun yenidən qurulması, xammal asılılığından kiçik və orta biznesin dəstəklənməsinə keçid, sosial təşəbbüslər, çox gecikmiş hüquq sistemində, xüsusən də polis və məhkəmə sistemlərində islahatlar, xüsusən də iqtisadi islahatlar. Yəni, Qazaxıstan cəmiyyətində böyük tələbat olan mətləblərdən danışırlar, amma konkret çərçivə qurulmur, yol xəritələri təklif olunmur, konkret addımlar atılmır.

Göründüyü kimi, Qazaxıstan Prezident Administrasiyası nöqteyi-nəzərindən indi ikinci Prezidentin hakimiyyətdə olma müddətinin əhəmiyyətli dərəcədə artırılmasına istiqamətlənmiş seçkilərin keçirilməsi üçün ən əlverişli məqamdır. Yəni, yanvarda onun legitimliyi məlum hadisələrlə bir qədər sarsılsa da, görünür, vəziyyət xeyli dəyişib və əhalinin bəzi qapalı sorğuları Tokayevin bu il seçkilərdə qalib gəlməyə kifayət qədər qadir olduğunu göstərir.

Yəqin ki, daha bir neçə alternativ, texniki namizəd təklif olunacaq ki, onlar, əlbəttə, onun qalibiyyətinə yaxın belə, gələ bilməyəcəklər. Beləliklə, Tokayev birinci postda səlahiyyət müddətini 2029-cu ilə qədər uzada biləcək.

Qazaxıstandakı islahatlara gəlincə, indiyədək onlar kifayət qədər səthi, kosmetik xarakter daşıyır. Siyasi rejim, sistem hələ böyük dəyişikliklərə məruz qalmayıb. Bu, qapalı avtoritar siyasi sistemdir. Söz azadlığı və seçkilərin ədalətli keçirilməsi məsələsi çox şübhəlidir. Seçki saxtakarlığı var, indiyə qədər cəmiyyətin demokratikləşməsi istiqamətində ciddi addımlar yoxdur.

Baxmayaraq ki, mitinqlərin keçirilməsi sisteminin liberallaşdırılması, siyasi partiyaların qeydiyyatı prosedurunun sadələşdirilməsi ilə bağlı “Yeni Qazaxıstan”, “Dinləyən dövlət” kimi demokratik transformasiyalara töhfə verdiyi iddia edilən müəyyən təşəbbüslər var. Amma görürük ki, hətta partiyaların qeydiyyatı sahəsində də heç nə dəyişməyib. Hazırda qeydiyyatdan keçmiş bütün partiyalar birbaşa və ya dolayı yolla hakimiyyət orqanları ilə bağlıdır. Real müxalifət qüvvələri parlamentə daxil ola, prezident seçkilərində iştirak edə bilməz. Məsələn, hazırda Qazaxıstanda olan yeganə müxalif siyasətçi - Demokratlar Partiyasının lideri Janbolat Mamay hazırda istintaq altındadır, həbsdədir. Yəni müxalifət tamamilə əzilib.

Hesab edirəm ki, rejim qorunub saxlanılacaq. Cəmiyyət əlbəttə ki, dəyişiklik istəyir, amma bu dəfə əbəs yerə gözləyirlər. Axı istənilən demokratikləşmə mövcud siyasi rəhbərliyin sadəcə olaraq hakimiyyət dəhlizlərindən kənarda qalması riskidir. Əksər postsovet ölkələrində olduğu kimi Qazaxıstanda da belədir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru