Ukrayna müharibəsi: dünya çörəklə imtahana çəkilir - GƏLİŞMƏ
Tarix: 7-11-2022, 07:58 | Çap et
Xəbər verdiyimiz kimi, Rusiya oktyabrın 29-da Krımdakı Sevastopol hərbi dəniz bazasına hücumu əsas gətirərək “Taxıl dəhlizi” sazişini dayandırdığını elan edib. Lakin BMT, Türkiyə və Ukrayna Rusiya olmadan dəhlizdən istifadəni davam etdirməyə qərar verib. Oktyabrın 30-na keçən gecə Ukraynadan taxılla yüklənmiş daha 12 gəmi yola düşüb. Rusiya marşrutun birtərəfli daşımalara bağlandığını bildirərək “dəhlizdən istifadə edəcək gəmilərin hədəf ola biləcəyi” barədə xəbərdarlıq edib.
Daha sonra Türkiyənin vasitəçiliyi ilə Rusiya taxılın daşınmasına təkrar razılıq verib.
Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. İstanbulda baş tutan imzalanma mərasimində sazişi Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereş də iştirak edib. Sənədə əsasən, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunmalı idi.
Bu arada Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı ittiham edən daha bir açıqlama ilə çıxış edib. Deyib ki, Vaşinqtonda Ukrayna problemini “çox asanlıqla” həll edə bilərlər: “Bu problemi həll etmək, Kiyevə müvafiq siqnal vermək çox asandır ki, onlar öz mövqelərini dəyişməli və bu problemləri sülh yolu ilə həll etməyə çalışmalıdırlar”.
Putin Ukraynadakı vəziyyəti və hadisələri indiki vəziyyətə gətirənin Rusiya deyil, Qərb olduğunu bildirib. İddia edib ki, Qərb dövlətləri müxtəlif çevrilişlər təşkil edir və həyata keçirir.
Rusiyanın Ukraynaya qarşı işğal müharibəsi davam edir. Təcavüzün doqquzuncu ayına keçiddə hər iki tərəfdən onminlərlə insanın həlak olduğu, şəhərlərin dağıdıldığı, yaşayış məskənlərinin viran edildiyi, həm Rusiya, həm də Ukraynanın külli miqdarda zərərə məruz qaldığı ortadadır. Müharibənin ilk dövrlərində Ukrayna əhalisi ölkəsini tərk edirdisə, artıq ruslar da mühacirətə üz tuturlar. Müharibə tam şiddəti ilə davam edir və tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. Bu da öz növbəsində müharibənin miqyasının genişlənəcəyi, Üçüncü Dünya müharibəsinə səbəb olacağı barədə müzakirələri yenidən gündəmə gətirib.
DİA.AZ-ın məlumatına görə, Türkiyənin Ankara Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl AYNA-ya şərhində deyib ki, Ukrayna ilə bağlı taxıl böhranı artıq həll olunub: “Krımda Sevastopol hərbi dəniz bazasına hücum səsəbindən Rusiya “Taxıl sazişi”ndən imtina etdiyini bəyan etdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşdən sonra müəyyən razılıqlar əldə olundu”.
“Rusiya tərəfi Ukraynadan bununla bağlı təminat istədi və bu təminat müəyyən mənada yerinə yetirildi. Artıq bu problem öz həllini tapıb. BMT Baş katibi və Türkiyə Prezidentinin dəstəyi ilə, taxılla dolu 16 gəmi artıq Ukraynadan yola düşüb. Düşünmürəm ki, qarşıdakı dönəmlərdə bununla bağlı ciddi problemlər meydana gələcək”, - deyə həmsöhbətimiz bildirib.
Professor Rusiya-Ukrayna müharibəsinin hələ uzun müddət davam edəcəyi qənaətindədir: “Görünən odur ki, bu müharibə hələ uzun müddət davam edəcək. Çünki tərəflərdən heç birinin geri çəkilmək niyyəti yoxdur. Ukraynada da bunu bilirlər və ciddi şəkildə müdafiə olunmaq taktikasını seçiblər”.
“O ki qaldı bu müharibədən Rusiyanın, yoxsa Ukraynanın qalib çıxacağına dair ehtimallara, hesab edirəm ki, nəticədə hər iki qonşu ölkə məğlub olacaq. Bu müharibə ABŞ və Qərbin maraqlarına uyğundur və yekunda onlar öz istəyinə nail olacaqlar”, - deyə İsmayıl fikrini tamamlayıb.
DİA.AZ-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı isə mövzuya dair AYNA-ya açıqlamasında söyləyib ki, Rusiyanın resursları azalır və tükənmək üzrədir: “Rusiya bu təcavüzə başlayanda ümid edirdi ki, qısa müddətə Ukraynanı təslim edəcək. Lakin səkkiz aydan çoxdur ki, müharibə davam edir və Rusiya elə də ciddi nəticə əldə etməyib. Nəinki Rusiya üstünlük qazanmır, əksinə, öz mövqelərini itirə-itirə gedir. Təbii ki, proseslərin bu şəkildə davamı Rusiyanı daha çıxılmaz duruma salacaq. Bu, həm iqtisadi mənada olacaq, həm siyasi mənada, həm də müharibə şəraitində hərbi mənada. Nəticədə Kreml məcbur olub Ukraynanın ərazilərini tərk edəcək”.
“Bu müharibənin nə zaman bitəcəyini söyləmək çətin olsa da, böyük ehtimalla, müharibənin qalibi Ukrayna olacaq. Təcavüzün ilk dövrlərində Rusiya müharibənin davam edəcəyini bəyan etsə də, artıq müharibənin dayandırılması zərurətindən danışır. Vladimir Putinin ABŞ-ı müharibəni uzatmaqda ittiham etməsi də bunun bariz nümunəsidir. Artıq Putin administrasiyasında da başa düşürlər ki, təcavüz davam edərsə, bu, onlar üçün daha ciddi fəsadlara gətirib çıxaracaq”, - deyə müsahibimiz vurğulayıb.
Siyasətçi hesab edir ki, Rusiyanın dünyanı taxıl böhranı ilə üz-üzə qoymaq cəhdləri də nəticəsiz qalacaq: “Məlumdur ki, bu ilin iyulunda Türkiyə, Ukrayna və Rusiya İstanbulda “Taxıl dəhlizi” sazişi imzaladı. Bu sazişdə Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracı nəzərdə tutulurdu. Bu günlərdə Rusiya bu sazişdən imtina etdiyini bəyan etdi. Səbəb kimi də Krımdakı Sevastopol hərbi dəniz bazasına hücumu əsas gətirdi. Lakin dünya birliyi Rusiyanın bu təhdidinə boyun əymək niyyətində deyil”.
“Burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri danılmazdır. Düzdür, Moskva bəyan edir ki, taxıl daşıyan gəmilər hədəfə alınacaq. Lakin bu, mümkün deyil. Rusiyanın artıq o gücü yoxdur ki, dünyanı təhdid etsin və özünə növbəti problemlər yaratsın. Rusiya artıq geriyə saymaqdadır və nüvə silahına əl atacağı, bu proseslərin fonunda Üçüncü Dünya müharibəsinin başlanacağı iddiaları da inandırıcı deyil. Bu müharibə Ukrayna ərazisində başladığı kimi, elə Ukrayna ərazisində də bitəcək”, - deyə Hacılı vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|