Tokayevin Putinlə görüşündəki “gözəgörünməz”lər... - Bəs Fransa nə istəyir?
Tarix: 1-12-2022, 08:54 | Çap et
![Tokayevin Putinlə görüşündəki “gözəgörünməz”lər... Tokayevin Putinlə görüşündəki “gözəgörünməz”lər...](/uploads/posts/2022-12/thumbs/1669870505_0001.jpg) Qazaxıstandakı sonuncu prezident seçkisindən qalib çıxan Kasım-Jomart Tokayev ilk xarici səfərini Rusiyaya etdi və Kremlin divarları arasında həmkarı Vladimir Putinlə danışıqlar apardı. Tokayev Rusiyanın Ukraynadakı müharibəsinə görə Moskvaya dəstək göstərmir və bu, Kremldən Astanaya istiqamət alan təhdidlərin yaranmasına gətirib çıxarır. Rusiya ötən aylarda Qazaxıstan neftini Avropaya daşıyan neft kəməri əməliyyatlarını müvəqqəti dayandırmışdı, bunun ardınca isə xüsusi təlimat alan siyasi çevrələr Moskvanın işğal siyahısında növbəti yerdə Qazaxıstanın olması barədə hədələr səsləndirdilər. Ancaq məharətli Tokayev oyun qurmağı bacarır, Qərblə Rusiya arasındakı tarazlığı saxlamaq xəttinin Qazaxıstanın təhlükəsizliyi üçün həyati əhəmiyyətli olduğunu dərk edir. Yəni Tokayev nə qədər Rusiyaya qarşı küləklər əsdirsə də, Astana təhlükəsizlik qayğıları səbəbi ilə Rusiyanın çətiri altındakı plakatları üstün tutur, Qazaxıstan liderinin seçkidən sonra ilk səfərini Moskvaya etməsi də bunun əyani sübutu kimi qiymətləndirilməlidir. Rusiya ilə Qazaxıstanın birgə maraqları enerji dəhlizləri, təhlükəsizlik sferasında birləşir, amma Ukraynadakı müharibənin gedişatı və Moskvanın qazanclarını xərcləməsi Tokayevin fərqli şüura keçidi üçün mərhələdir. Bununla belə, ikili əlaqələrdəki iplər qırılmayıb, Putin də həmin bağların çürüməməsindən ötrü Qazaxıstanı əlində tutmağı bacarmalıdır. Rusiya Ukraynada indiki period üçün strateji məğlubiyyətə düçar olmasa da, onun taktiki biabırçılıqları iqtisadi gücünün aşınmasını da kəskinləşdirir. Putin üçün Tokayevin səfəri güc itkilərinin bərpası, dərinləşən siyasi təcriddə boşluqda qalmamaq baxımından böyük bir tutuma malikdir. Çünki Qazaxıstan Türkmənistanla yanaşı, Mərkəzi Asiyanın neft gücüdür, Çin, Qərb və Türkiyə ilə dərinləşən əlaqələrə sahibdir. Qərbin və Çinin ölkədə investisiyalarının həcmi şişdikcə isə Rusiya Astananı itirmək təhlükəsi ilə üzləşir. Putin Kreml üçün qarışıq bir vəziyyətdə Astananı itirmək yox, əksinə, onun mövqeyindən və şaxələnən siyasətindən fayda qoparmaq istəyir, məsələn, Astana hansısa mərhələdə Moskvanı gizli kanallar vasitəsilə hansısa maddiyyatla təmin edə bilər. Tokayev balansa dair təəssüratları saxlamaq məqsədilə Qərbin bir parçası olan, lakin Moskva ilə isti münasibətlərə malik Fransaya səfər edib və Emmanuel Makronla masa arxasına əyləşib. Qazaxıstanın Qərb, Rusiya, yoxsa Çinə inteqrasiya şüuru ilə inkişaf edib-etməməsi Fransa üçün maraqlı deyil, Parisi maraqlandıran özünün Hind-Sakit okean regionunda sıxışdırılmasının qarşısını almaqdır. Mümkündür ki, Rusiya ilə Fransa oyun qurub regionda ABŞ-Britaniya tandeminin sıxışdırılmasına, Mərkəzi Asiyaya nisbətdə isə Qazaxıstanın yerini özlərinə tərəf sürüşdürməyə nail olmaq üçün məxfi tədbirlər planı hazırlasınlar. Bu mənada Qazaxıstanın yerləşdiyi coğrafiya Fransa üçün də cəlbedicidir və Parisi düşündürən digər bir nüans Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistana yerini göstərməsidir. Bu, Parisin İrəvana olan sevgisini bütün parametrlər üzrə göstərməsinə əngəllər deməkdir. Makron bağlı qapılar arxasında Tokayevdən Ermənistana dəstək verilməsini rica edə və bunun qarşılığında hansısa şirnikləndirici vədlər verə bilər, ancaq Tokayev çox ehtiyatlı, siyasi tədbirliliyi olan adam kimi Parisin hissi davranışlarını əsas tutmaz. Tokayevin Parisə səfəri zamanı Fransa-Qazaxıstan strateji tərəfdaşlığını yeni mərhələyə keçirəcək danışıqlar aparılmasına baxmayaraq, Tokayev uzunmüddətli perspektivi hesabladığından Parislə hesablaşmaq məcburiyyətində deyil. NƏTİCƏ: Rusiya Ukraynadakı müharibənin nəticələrini gözləmədən ehtiyatı əldən verməmək üçün Mərkəzi Asiyadakı nüfuzunun dairəsini Qazaxıstan vasitəsilə geniş saxlamaq istəyir. Qazaxıstan Rusiyaya qarşı Qərbin kampaniyasına qoşulmasa da, Moskva əleyhinə bir sıra tədbirlər kompleksinə dəstək verir və siyasətindəki tarazlığı Avro-Atlantik məkanın xeyrinə dəyişdirmək istəyir. Hər iki lider – istər Putin, istərsə də Tokayev çox ehtiyatlıdır, Kreml başçısı Qazaxıstanın “Moskvanın vitrinindən düşməsindən”, ikinci isə Moskvadan gələ biləcək təhdidlərdən ehtiyat edir. Aqşin Kərimov - DİA.AZ
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|