Ermənistan Parlamentində gərginlik: Azərbaycan əleyhinə bəyanat niyə qəbul olunmadı? - İLGİNC
Tarix: 3-12-2022, 07:31 | Çap et
![Ermənistan Parlamentində gərginlik: Azərbaycan əleyhinə bəyanat niyə qəbul olunmadı? Ermənistan Parlamentində gərginlik: Azərbaycan əleyhinə bəyanat niyə qəbul olunmadı?](/uploads/posts/2022-12/thumbs/1670038291_0001.jpg) Ermənistan hakimiyyəti ilə müxalifəti arasında gərginlik yaranıb. Belə ki, “Ermənistan” müxalifət bloku fraksiyasının təşəbbüsü ilə dekabrın 2-də Milli Assambleyanın növbədənkənar iclası çağırılıb. Ermənistan Parlamentinin iclasının gündəliyinə “Azərbaycan Milli Məclisinin 8 noyabr 2022-ci il tarixli bəyanatı ilə bağlı Ermənistan Milli Assambleyasının Bəyanatı” layihəsi daxil edilib.
Müzakirə zamanı Baş nazir Nikol Paşinyanın hakim “Mülki müqavilə” Partiyası ilə müxalifət bir sıra məqamlarda razılığa gələ bilməyib. Bununla da layihənin qəbulu mümkün olmayıb.
“Bir çox məsələlərdə konsensusa gəlmək imkanı var idi, amma təəssüf ki, hər iki tərəf üçün də bir neçə prinsipial məqamlar iki fraksiya adından bəyanat verməyə əngəl yaratdı”. Bu sözləri Ermənistan Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının iclasında onun rəhbəri, hakim “Mülki müqavilə” Partiyasından olan deputat Eduard Ağacanyan bildirib.
Deputat qeyd edib ki, müxalif “Ermənistan” blokundan olan həmkarları ilə əsaslı müzakirələr aparılıb: “Təklif olunan layihənin işlək qaydada müzakirəsi ilə bağlı “Mülki müqavilə” Partiyasının fraksiyaları ilə “Ermənistan” blokunun fraksiyası arasında razılıq əldə olunub. Amma nəzərə alsaq ki, layihə Milli Assambleya adından olmalı idi, razılaşdırılmış varianta gəlmək məntiqli idi. Lakin həmkarlarımız bizim fikirlərimizlə razı olmadılar.
“Layihədə dəyişikliklərlə razılaşmadılar. Səsvermə ilə bağlı mövqeyimizə gəlincə, mən komissiyamızın üzvlərini bu layihənin dəstəklənməsinə dair səsvermədə bitərəf olmağa çağırdım”, - Ağacanyan bildirib.
“Vətəndaş müqaviləsi” fraksiyasının deputatı E.Ağacanyan Ermənistan Parlamentindəki çıxışı zamanı Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsindən danışıb. Bu zaman Ağacanyan qondarma qurumun adını çəkməyib. Deputat "Artsax" əvəzinə “Qarabağ erməniləri” ifadəsini işlədib və qeyd edib ki, onların təhlükəsizliyinin təminatçısı bundan sonra Ermənistan yox, Rusiya sülhməramlılarıdır: “Bu gündən etibarən Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı və onların təhlükəsizliyinə cavabdeh olan əsas qurum Rusiya sülhməramlı qüvvələridir”.
Ağacanyan onu da deyib ki, müxalifətin Qarabağ məsələsi ilə bağlı təklif etdiyi formulalar yeni risklərə səbəb ola bilər: “Əlbəttə, layihədə tərəflərin müəyyən razılıq əldə edə biləcəyi müddəalar az deyil. Amma bunlarla bağlı yekun razılığa gəlmək mümkün olmadı. Bəzi düsturlar var ki, hər iki tərəfin mövqelərinə kökündən ziddir. Müxalif “Ermənistan” fraksiyasının təklif etdiyi düsturlar müharibədən əvvəlki xarici siyasətin məntiqinin davamı və təkrarıdır. Müxalifətin təklif etdiyi formulalar konsolidasiyaya töhfə verməyəcək, əksinə, yeni risklər yaradacaq”.
“Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan isə deyib ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyası müxalif deputatların Azərbaycan əleyhinə hazırladıqları bəyanatda Qarabağla bağlı düzəliş edib.
“Hakim fraksiyanın üzvləri “Ermənistan” blokunun hazırladığı bəyanatdan “Artsax” sözünü çıxarıblar. Bəyanatın mətni “Vətəndaş müqaviləsi” fraksiyasına təqdim edilib, onlar da öz tövsiyələrini veriblər. Təkliflərində “Artsax Respublikası” ifadəsini silib, əvəzinə “Qarabağ erməniləri ifadəsini əlavə ediblər. “Öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliyin bir hissəsini də siliblər. Yəni bəyanatın mətni tamamilə dəyişdirilib”, - Saqatelyan əlavə edib.
Deputat bununla Baş nazir N.Paşinyanın rəhbərlik etdiyi fraksiyanın Azərbaycan əleyhinə bəyanat verməkdən faktiki olaraq, imtina etdiyini söyləyib: “Fransa Milli Assambleyası və Senat bəyanat verir, Ermənistan Milli Assambleyası isə bəyanat verməkdən imtina edir. Fakt budur. Belə addım bizə əsas verir ki, Paşinyanın Azərbaycan qarşısında götürdüyü öhdəliklərin icra etdiyini söyləyək”. //AYNA//
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|