ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                 

“Əliyev rejiminin əzabkeşi”, yoxsa təxribatçı yaramaz - Ermənistanda ayıldılar
Tarix: 25-01-2023, 10:25 | Çap et
“Əliyev rejiminin əzabkeşi”, yoxsa təxribatçı yaramaz
Bu, çoxlarını çox gülünc vəziyyətə salan çox ibrətamiz bir hekayədir. Əvvəlcə xatırladaq ki, yanvarın 19-u saat 01:30 radələrində Ermənistan Respublikası (ER) Müdafiə Nazirliyinin Qeqarkunik rayonunun Azat kəndində yerləşən N saylı hərbi hissəsinin mühəndis-istehkamçılar rotasının ərazisində yerləşən kazarmada yanğın baş verib. Nəticədə, azı 15 erməni hərbçi həlak olub.

Ermənistan polisinin ilkin məlumatına görə, bölmənin binasını qızdırmaq üçün istifadə edilən sobanı qalayarkən benzin alışıb. ER İstintaq Komitəsi yanan maddələrdən istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb. Bununla bağlı ER-də geniş müzakirələr aparılıb, ER Müdafiə Nazirliyinin rəhbərliyinin istefaya göndərilməsi tələblərinə qədər müxtəlif çağırışlar səsləndirilib.

Qondarma bloger, əslində isə erməni ağalarının təxribatçısı və “saxlanılan qadın”ı Aleksandr Lapşin də kənarda qalmayıb. Özünü açıq-aşkar genişprofilli mütəxəssis hesab edərək, bu suala da “öz beş qəpiyi”ni qoymaq qərarına gəlib. O, bəyan edib ki, “bu halda əsgərlər hətta düşmənin iştirakı olmadan da həlak olublar, kazarmada sadəcə diri-diri yanıblar”.

Lapşinin mülahizəsinin bu hissəsində hansısa anlaşılmaz kədər hiss edilir. Lakin o, bununla da dayanmayıb: “Necə ola bilər ki, 17 gənc və güclü insan kiçik 2-3 mərtəbəli binadan çıxa bilməsin? Pəncərədən tullansalar belə, ikinci mərtəbədən tullanma ölümcül olmazdı. Belə çıxır ki, kazarmanın çölə açılan pəncərələri və qapıları bağlanıb? Mən düz başa düşürəm ki, erməni kazarmalarının pəncərələri barmaqlıqlarla bağlanır, gecələr isə dəmir qapılar bağlanır ki, əsgərlər çölə çıxmasınlar? Elədirsə, deməli, bu, yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulmasıdır. Çünki, onu bilməliyik ki, qəfil atəş zamanı da əsgərlər binadan çıxa bilmək imkanına malik olmalıdırlar”.

Ancaq bu da Lapşinin “ağıllı” mülahizələrinin hamısı deyildi. Lapşinin fikrincə, bu faciəyə görə məsuliyyət daşıyan komandirlər ən azı on illərini “pəncərələri barmaqlıqlı qapalı otaqda” keçirməsələr (Nubaraşen həbsxanasını tövsiyə edə bilərəm), o zaman Ermənistan Respublikası proyektinin bağlanması daha məntiqli olardı. Deməli, tam konkret desək, o, Ermənistanı layihə adlandırılıb, başqa heç nə.

Bu layihəni dəqiq kimin yaratdığını və dəstəklədiyini əlavə etmək Lapşinə qalır. Yaxud Boris Qrızlovun Ermənistanın Rusiyanın Qafqazdakı forpostu olduğu ifadəsini xatırlayın. Hələlik Lapşin reallığı bəyan etməkdə o qədər də uzağa getməyib. Amma onun dedikləri belə, yetərli idi ki, bu alçaq Ermənistanda ağır qamçılansın. Hələ ki, sözlü olaraq, sonrasına baxarıq.

"Geqarkunik əsgərləri ilə dəhşətli kədər günündə başqa bir təxribatçı özünü xatırlatmaq qərarına gəldi - Lapşin. O, rəğbət və təsəlli sözləri demək əvəzinə yazdı ki, Ermənistan bir layihə olaraq bağlanmalıdır. Bu alçaqın belə deməyə haqqı varmı və Ermənistanın suverenliyinə qarşı danışmaq haqqını ona kim verib? Özü də dünyanı gəzib aclıqdan ölməməsi üçün həmişə ermənilərdən yemək pulu dilənən bir adama!”, - deyə erməni bloger Roman Bağdasaryan qəzəblənib.

Onun sözlərinə görə, Lapşin özü üçün “Əliyev rejiminin əzabkeşi” obrazını uydurub ki, insanlar bu nağıla inansınlar: “Lapşin hələlik ermənilərdən ancaq xışıltılı əskinaslar alır və Azərbaycan Prezidenti İlham Əliyev isə Lapşinin nəinki çığırtılarına, heç vızıltısına belə, əhəmiyyət vermir”.

Artıq heyrətləndirici bir ifşadır. Lakin, bu da hamısı deyil.

"Rusiyadakı Ermənilər İttifaqına, Qarabağ iş adamlarına, Rusiya xüsusi xidmət orqanlarına işləyən bu cür agentləri həqiqətən də kənarda saxlamaq lazımdır. Qoy, Lapşin və onun kimi əclaflar Ermənistanı öz hesablarına sevsinlər və dünyanı gəzən ac sərgərdanlar kimi bizlərdən çörək pulu ummasınlar. Heç kim imkan verməməlidir ki, belə əclaflar Ermənistan dövləti haqqında əyri söz desinlər”, - deyə R.Baqdasaryan bildirib.

O haqlıdır. Lapşinə bizdə də məhz eyni qiymət verilib. Doğrudan da, Bağdasaryanın təbirincə desək, o, SAR, Qarabağ separatçıları və Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılan və öz məqsədləri üçün istifadə edilən təxribatçı, əclaf və yaramazdır. Başqa bir şey odur ki, biz uzun illər əvvəl bu haqda yazmışdıq, eyni erməniləri belə yaramazlara sərmayə qoymamağa çağırmışdıq. O zaman xəbərdarlığımızı eşitmədilər. İndi qismən də olsa, həqiqəti gördülər.

Lapşinin sponsorları bu layihəyə sərmayə qoymağı dayandıracaqmı? Mən düşünmürəm. Amma ER-də bu yaramaz adama qarşı nifrətin artıq açıq şəkildə özünü göstərməsi çox əhəmiyyətlidir. Əminəm ki, Satanovski, Milonov və indiyədək erməniləri Azərbaycan əleyhinə bəyanatları ilə sevindirən digər personajları da eyni aqibət gözləyir. Elə bir məqam gələcək ki, onlar da erməni tərəfinin qəzəbinə səbəb olacaqlar. Sonra da Lapşinə verilən qiymətin eynisi onlara veriləcək.
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru