Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                 

Lvovda qanlı gecə: "Mənzilin hər yeri qan içində idi" - RUS DƏHŞƏTİ DAVAM EDİR...
Tarix: 8-07-2023, 01:47 | Çap et
Lvovda qanlı gecə: "Mənzilin hər yeri qan içində idi"
İyulun 6-na keçən gecə Rusiya “Kalibr” qanadlı raketlərlə Ukraynaya hücum edib. On raketdən 7-si Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, lakin raketlərdən biri Lvovda hündürmərtəbəli binanı dağıdıb. UNİAN hadisə yerindən reportaj hazırlayıb. AYNA sözügedən reportajı istinadla təqdim edir:

Ölümcül Rusiya raketi Lvovun mərkəzinə yaxın Stryska küçəsindəki hündürmərtəbəli binaya düşüb. 5 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı məlum olub. Həmçinin Lvov vilayətində Rusiyanın raket zərbəsi nəticəsində elektrik verilişi xətti və üç transformator yarımstansiyası enerjisizləşdirilib.

30-dan çox bina, 250-dən çox mənzil, 10 yataqxana, uşaq evi, iki universitet, sanatoriya məktəbi dağıdılıb. Lvovun rəhbəri Andrey Sadovoyun sözlərinə görə, bu, şəhərin mülki infrastrukturuna genişmiqyaslı işğalın başlanmasından bəri ən böyük hücumdur.

"Hər şey anidən baş verdi"

Genişmiqyaslı işğalın başlanğıcından bəri Lvov vilayəti ölkənin demək olar ki, ən təhlükəsiz bölgəsi olaraq qalır. Ruslar tərəfindən ayrı-ayrılıqda mərmilər atılsa da, digər bölgələrdəki kimi irimiqyaslı hücumlar edilməmişdi. Ancaq iyunun 6-sı gecəyədək...

İyulun 6-da ruslar gecə saat ikidən sonra raket hücumuna keçiblər. Raket Stryska küçəsindəki hündürmərtəbəli binaya düşüb. Binanın iki mərtəbəsi tamamilə dağılıb. Ölənlər və çoxlu yaralananlar var.

Evin həyətində yüzlərlə insan vardı - yaralı, sarğılı, ağlayan və qorxan. Kimsə uşaqları qucaqlayır, kimsə iti sığallayır. Bir anda bu insanlar demək olar ki, hər şeylərini - mənzillərini, əşyalarını, bəzilərini isə qohumlarını itirdilər. Könüllülər onlara yemək və su çatdırırlar.

Ev sakini İrina deyir: "Bu, qəfildən baş verdi. Atam şalvarını geyinməyə belə imkan tapmadı".

Hücum zamanı qadın evdə valideynləri ilə birlikdə olub. Anası xərçəngdən, atası insultdan sonra müalicə alır. Deyir ki, həmişə sığınacağa getmirdilər, amma həmin gecə nə isə hiss ediblər - getməyə qərar veriblər, amma... gedə bilməyiblər.

"Həyəcan siqnalından bir neçə dəqiqə sonra partlayış oldu. Nə baş verdiyini dərhal anlamadım. Bir an keçdi və biz künclərə səpələndik, ətraf barıt qoxudu, mənzilin hər yeri qan içində idi", - İrina deyib.

Anası yaralanıb - xəstəxanada onun qoluna və başına tikişlər vurulub və o, evə göndərilib. Qadın xərçəng xəstəliyinə görə kimyaterapiya keçdiyi üçün onun xüsusi müalicəyə ehtiyacı var. Lakin bütün dərmanlar mənzildə qalıb.

"Valideynlərimə yeməyə bir şey gətirəcəyəm, onlar skamyada oturublar”, deyə qadın sözlərinə davam edir.

Rusiya raketinin digər qurbanı olan təqaüdçü Tatyana partlayış nəticəsində çarpayıdan yıxıldığını deyir. Sevinir ki, ciddi xəsarətləri yoxdur.

"Mən yatırdım, gecə saat iki idi. Həyəcan siqnalını belə eşitmədim, çünki heç yaxşı eşitmirəm. Sonra birdən məni sanki yerə çırpdılar, pəncərə uçdu. Sürünərək qapıya tərəf getdim, amma aça bilmədim – partlayış dalğası qapını kilidləmişdi. Bilmirəm, necə sağ qaldım”, – qadın deyir.

“Qlavkom”un jurnalisti Pavlo Vuets də möcüzə nəticəsində qaçıb. O, həyat yoldaşı və məktəbli oğlu ilə birlikdə bu binada mənzil kirayələyib. Onun sözlərinə görə, Kiyevdən Lvova genişmiqyaslı işğalın əvvəlində - 2022-ci ilin martında köçüblər.

Pavlo və ailəsi zərbədən bir neçə dəqiqə əvvəl mənzili tərk edib. Onların binanın sonuncu mərtəbəsindəki mənzili tamamilə dağılıb. Orada bütün sənədlər, şəxsi əşyalar və pulları qalıb. Evin yanında dayanan avtomobil də dağılıb.

Yeri gəlmişkən, Lvova hücum nəticəsində məşhur müğənni Xristina Solovanın da mənzilinə ziyan dəyib. Partlayış dalğası onun mənzilinin pəncərələrini sındırıb. Bu barədə o, özü sosial şəbəkədə yazıb. Bomba düşən zaman evdə olan müğənninin xoşbəxtlikdən özünə xəsarət yetməyibdə hər şey qaydasındadır.

Beş ölü və üçdən çox yaralı

Lvov adminstrasiyasının məlumatına görə, rusların hücumu nəticəsində dörd qadın və bir kişi həlak olub. Qadınların birinin 32, digərinin 63, kişilərin isə 35 yaşı var.

Ölənlər arasında yerli jurnalist Volodimir Sadovoyun anası və bacısı da var. Şəhərdə ölənlər üçün iki günlük matəm elan edilib.

36 yaralının olduğu məlumdur ki, onlardan 13-ü Lvov xəstəxanalarına yerləşdirilib. 64 nəfər isə təxliyə edilib.

Ümumilikdə, şəhərdə 30-dan çox bina, 250 mənzil, 10 yataqxana, uşaq evi, iki ali məktəb, sanatoriya məktəbinə ziyan dəyib. Yarımstansiyalardan biri elektrik enerjisi ilə təmin olunmayıb.

Lvovdakı sığınacaqlar 24 saat açıq olacaq

Lvovun sakinləri sosial şəbəkələrdə gecə hücumu zamanı bəzi sığınacaqların bağlandığını bildiriblər. Daxili işlər naziri İqor Klimenko ən azı 10 qapalı sığınacaq barədə məlumat aldığını bildirib.

Lvov meri Andrey Sadovoy məsələyə dərhal reaksiya verib. Fövqəladə Hallar Komissiyasının iclasında qərara alınıb ki, Lvov icmasının ərazisindəki bütün sığınacaqlar 24 saat açıq olsun: “Sığınacaqların açılmasını 100 faiz təmin etmək mümkün olmadığı üçün Lvovda sığınacaqların bağlanmasını qadağan edirik. Binanın sahibi tərəfindən müəyyən edilmiş məsul şəxslər həmin sxemi işləyib hazırlamalıdırlar ki, həmin sxemə əsasən sığınacaq yerlərə 7/24 sərbəst daxil olmaq mümkün olsun. Bu qərara səbəb ötən gecə “Qaynar xətt”ə 10 şikayət olub".
AYNA









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru