![Suriyada daha bir tarixi şəhər vəhabilərin əlinə keçib Suriyada daha bir tarixi şəhər vəhabilərin əlinə keçib](/uploads/posts/2015-03/thumbs/1427351052_0001.jpg)
Suriyanın cənubunda yerləşən Dəra əyalətinin Busra əş-Şam şəhəri silahlı qruplaşmaların nəzarətinə keçib.
SalamNews-un "Al Jazeera"ya istinadla verdiyi xəbərə görə, hökumət ordusu Busra əş-Şamın alınması zamanı xeyli itki verərək, geri çəkilməli olub.
Məlumat üçün bildirək ki, sözügedən şəhərdə Nəbatilər dövləti zamanında və Petra sivilizasiyasına aid, eradan əvvəl 117-ci ildə inşa edilmiş qədim Roma üslublu teatr binası var.
Qeyd edək ki, bu, Suriyada ən mühüm tarixi binalardan hesab edilir.