![FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf etdi FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf etdi](/uploads/posts/2015-06/1433395007_0001.jpg)
FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Çak Bleyzer dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı rüşvət aldığını etiraf edib.
AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ç.Bleyzer 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün də rüşvət aldığını bildirib.
“Mən və FİFA-nın İcraiyyə Komitəsinin digər üzvləri Cənubi Afrika Respublikasının 2010-cu ildə dünya çempionatının ev sahibi seçilməsi üçün rüşvət almağa razılaşmışdıq”, - deyə Ç.Bleyzer qeyd edib.