PKK yandaşlarının mitinqində partlayış...
Tarix: 6-06-2015, 10:34 | Çap et
![PKK yandaşlarının mitinqində partlayış... PKK yandaşlarının mitinqində partlayış...](/uploads/posts/2015-06/thumbs/1433568910_0001.jpg) Türkiyədə kürdyönlü Xalq Demokratik Partiyasının (türkcə Halk Demokratik Partisi – HDP) seçkiöncəsi mitinqində baş verən partlayışlar nəticəsində iki nəfər həlak olub və 100-dən artıq insan yaralanıb.
İki partlayış cümə günü, seçki kampaniyasının son mitinqində, bir birindən 5 dəqiqə fasilə ilə baş verib.
Türkiyənin böyük kürd icmasının yaşadığı Diyarbakırda keçirilən bu mitinqdə HDP lideri Selahattin Demirtaş çıxış etməli idi.
Partlayışların səbəbi bilinmir
Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu yaralıların 50 nəfər olduğunu və onlardan 24-nün xəstəxanada müalicə olunduğunu bildirib.
Mitinqi təşkil edənlər əvvəlcə partlayışların elektrik paylama stansiyasındakı nasazlıqla əlaqədar olduğunu bildirsələr də, energetika naziri Taner Yıldız bu izahatı rədd edib.
Bununla belə o da partlayışa bombanın səbəb olub-olmadığı barədə heç nə deməyib.
AFP agentliyinin müxbiri partlayışlardan birinin zibil konteynerində, digərinin isə elektrik stansiyasında baş verdiyini bildirmişdi.
HDP Erdoğanın planlarını alt-üst edə bilər
Bu partlayışlar Türkiyədə bazar günü keçiriləcək parlament seçkisinə iki gün qalmış baş verib. Əsasən əslən kürdləri birləşdirən HDP seçkinin nəticələrinə və beləliklə, Türkiyənin gələcək siyasi kursuna ciddi təsir göstərə bilər.
Partiya bu seçkidə ona parlamentə daxil olmaq imkanı verəcək 10 faizlik həddi aşmağa hazırlaşır.
Əgər bu baş verərsə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası bu seçkidə superçoxluq əldə edə bilməyəcək. Bu isə o deməkdir ki, Türkiyənin parlament respublikasından prezident dövlətinə çevrilməsinə dair Recep Tayyip Erdoğanın planları alt-üst ola bilər.
Baş nazir Ahmet Davutoğlu bəyan edib ki, hökumət partlayışların səbəbini ciddi araşdıracaq.
“Bu hadisənin arxasında nə durursa dursun – istər transformatorun partlaması, istərsə sui-qəsd və ya təxribat, bu partlayışların səbəbi ciddi araşdırılacaq, - deyib baş nazir, - Mən Diyarbakırdakı qardaşlarıma müraciət edirəm: bu hadisədən təxribatlar üçün sui-istifadə edilməsinə imkan verməyin. Heç kəs təxribatlara yol verməməlidir”.
HDP-yə qarşı başqa hücumlar da olub
Mitinq ləğv olunsa da, gənclərdən ibarət böyük bir izdiham hadisə yerini tərk etməyib və kütləni dağıtmağa çalışan polisə daş atmağa başlayıb.
HDP lideri Demirtaş tərəfdarlarını təmkinə çağırıb:
“Səbəbin nə olmasından asılı olmayaraq mən adamları sağlam düşüncəyə dəvət edirəm, - deyib o, - Nə baş verirsə versin Türkiyəyə sülh lazımdır”.
Bu həftənin əvvəllərində HDP-nin təbliğat maşınına basqın olmuş və maşının sürücüsü öldürülmüşdü.
Cənubdakı Adana və Mersin şəhərlərində isə HDP qərargahlarında törədilən bomba partlayışlarında 6 nəfər xəsarət alıb.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|