![MERS-dən ölənlərin sayı 16-ya çatır MERS-dən ölənlərin sayı 16-ya çatır](/uploads/posts/2015-06/thumbs/1434349103_0001.jpg)
Cənubi Koreyada Yaxın Şərq Respirator Sindromundan (MERS) daha bir nəfər dünyasını dəyişib.
Beləliklə bu virusdan ölənlərin sayı 16-ya çatıb. MERS bir ay əvvəl yayılmağa başlayıb.
Rəsmilər Cənubi Koreyada daha 5 nəfərin yoluxduğunu bildirir. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 150 olub.
Seulda yoluxma hallarının təxminən yarısının mənbəyi sayılan bir xəstəxana fəaliyyətini demək olar dayandırıb. Ölkədə 5200 nəfər karantindədir.
MERS-ə qarşı vaksin yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu virusdan ölüm halları 36 faizə yaxındır.