![Ukrayna gələn həftə borc danışıqlarına başlayır Ukrayna gələn həftə borc danışıqlarına başlayır](/uploads/posts/2015-07/thumbs/1435812664_0001.jpg)
Ukrayna və kreditorları iyulun 1-də razılaşıblar ki, gələn həftə ölkənin borcunun restrukturaziyası üzrə danışıqlara başlasınlar. Tərəflər Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun qərargahında görüşüblər. Görüşdən sonra verdikləri bəyanatda bildiriblər ki, danışıqlar konfidensial saxlanacaq.
Kreditorlar əsasən ABŞ-ın 4 investisiya fondudur. Onlara təzyiq edilir ki, ölkənin böyük həcmli borcunu silsinlər.
Kreditorlar isə borcu silməkdənsə onun müddətini uzatmaq istəyirlər.