![ABŞ Avropaya qırıcılar yerləşdirəcək ABŞ Avropaya qırıcılar yerləşdirəcək](/uploads/posts/2015-08/thumbs/1440477515_0001.jpg)
Birləşmiş Ştatlar tezliklə Avropaya F-22 qırıcıları göndərəcək. Məqsəd NATO-nun Şərqi Avropadan olan üzvlərinə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı dəstək göstərməkdir. Məlumatı Hava Qüvvələrinin katibi Deborah James verib.
Bu, F-22-nin Avropaya ilk yerləşməsi olacaq. Daha öncə qırıcılar ancaq hava şoularında iştirak edib.
Hava qüvvələri F-22 vasitəsilə İslam Dövləti silahlı qruplaşmasının bəzi ərazilərinə hücumlar həyata keçirməkdədir.
“Rusiyanın Ukraynada hərbi fəaliyyəti bizə və Avropadakı müttəfiqlərimizə böyük narahatlıq yaradır,” James Pentaqonda mətbuat konfransında deyib.