![Serbiya Rusiyanın “dostu”dur Serbiya Rusiyanın “dostu”dur](/uploads/posts/2015-10/thumbs/1446008214_0001.jpg)
Serbiyanın baş naziri Aleksandar Vucic deyir ki, ölkəsi Rusiyaya “dost münasibətini” sanksiyalar qoyulanda sübuta yetirib və bu siyasəti davam etdirəcək.
Vucic oktyabrın 27-də Moskvada rusiyalı həmkarı Dmitry Medvedev-lə danışıqlardan sonra bildirib ki, “Serbiya rasional səbəblərdən Rusiyanın dostu olaraq qalacaq”.
Baş nazir onu da əlavə edib ki, Serbiya Gazprom-la razılaşma imzalamağa yaxındır, qaz saxlancı obyektinin gücü 1 milyard kubmetrə qaldırılacaq.
Serbiya Avropa Birliyinin üzvü olmaq istəyir. Ancaq eyni zamanda Moskvayla münasibətləri gücləndirir. İki ölkə özəlliklə Rusiyanın Ukraynanın Krım yarımadasını anneksiyasına görə qoyulan sanksiyalardan sonra yaxınlaşıb.