![ABŞ üsyançılara daha çox silah verə bilər ABŞ üsyançılara daha çox silah verə bilər](/uploads/posts/2015-11/thumbs/1446704025_01.jpg)
ABŞ ordusu Suriya müxalifət qüvvələrinə daha çox silah verə bilər. Həmin qüvvələr son bir həftədə İslam Dövləti (İD) silahlı qruplaşmasına qarşı ciddi şəkildə irəliləyiblər.
İD-ə qarşı ABŞ koalisiyasının sözçüsü polkovnik Steve Warren noyabrın 4-də deyib ki, Suriya Demokratik Qüvvələri İraq sərhədi yaxınlığında al-Haul kəndi ətrafında 255 kv kilometri İD-dən geri ala biliblər.
Bu qüvvələrə Suriya Ərəb Koalisiyası da daxildir. Koalisiya ötən ay ABŞ-dan 50 tonluq sursat qəbul edib. Sursat onlara havadan atılıb.
Warren deyib ki, əməliyyata ABŞ hava zərbələri dəstək verib. 79 İD döyüşçüsü həlak olub, İD-nin silah sistemləri dağıdılıb.