![`Bütün müsəlmanlar nəzarətdə saxlanılacaq` `Bütün müsəlmanlar nəzarətdə saxlanılacaq`](/uploads/posts/2015-11/thumbs/1447741434_0001.jpg)
“Slovakiyada yaşayan bütün müsəlmanları nəzarət altında saxlayırıq”.
AzVision.az-ın məlumatına görə, bu barədə Slovakiyanın baş naziri Roberto Fiko yerli KİV-lərə açıqlamasında deyib.
Baş nazir qeyd edib ki, ölkəsində yaşayan müsəlmanların əksəriyyəti qanuni əsaslarla yaşayır.
Slovakiya İslam Vəqfi isə baş nazirin açıqlamasına sərt reaksiya verib: “Baş nazir müsəlmanları dini mənsubiyyətlərinə görə ölkəsinə “təhdid” olaraq görür. Hesab edirik ki, Roberto Fiko bu açıqlaması ilə Slovakiyanın demokratik və azad ölkə olma əfsanəsini dağıtdı”.