![PKK-nin sivil simasının liderinə atəş açdılar PKK-nin sivil simasının liderinə atəş açdılar](/uploads/posts/2015-11/1448259949_0001.jpg)
Türkiyə parlamentinin üçüncü böyük partiyası olan Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa silahlı sui-qəsd edilib.
Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, partiya sədrinin maşınının axra şüşəsində mərmi izi aşkarlanıb. Zirehli avtomobilin güləkeçirməz şüşələri maşının içindəki S.Dəmirtaşı hədəf olmaqdan qoruyub. Diyarbəkirdə baş verən hadisə ilə bağlı araşdırma başladılıb.