![Ukrayna bayrağına görə saxlandılar Ukrayna bayrağına görə saxlandılar](/uploads/posts/2015-11/thumbs/1448341066_0001.jpg)
Moskvada 3 nəfər Ukrayna milli bayrağını çoxmərtəbəli binaya sancdığına görə saxlanıb.
Hadisə noyabrın 23-də baş verib. Düz 2 il öncə Ukraynada Avromaydan etirazları başladı və prezident Viktor Yanukovych devrildi.
Ötən ilin avqustunda da oxşar aksiya keçirilmişdi. 5 rusiyalı kişi və qadın elə həmin binanın üzərindəki sovet ulduzunu Ukrayna bayrağının rənglərinə boyamışdı. Sonradan Moskva məhkəməsi fəallardan birinə xuliqanlıq və vandalizmə görə 27 aylıq həbs kəsdi. Digər 4 nəfər bəraət aldı.