![FTB 10 ən çox axtarılan cinayətkarlardan birini həbs etdi FTB 10 ən çox axtarılan cinayətkarlardan birini həbs etdi](/uploads/posts/2016-01/1452925967_0001.jpg)
Amerikanın Federal Təhqiqatlar Bürosu 10 ən çox axtarılan cinayətkarlar siyahısındakı şəxslərdən birini həbs edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həbs olunan Malox Cekori Meyson Denver şəhərində 2 banka silahlı basqına görə axtarılırdı.
Onun törətdiyi cinayətlər 2015-ci ilin sentybar və noyabr aylarına təsadüf etmişdi. FTB-nin məlumatına görə Meyson Kolorado ştatının Tornton şəhərində həbs edilib.